Xəbər verdiyimiz kimi, "Bakı" Futbol Klubunun vitse-prezidenti Zeynal Məmmədovun ölkədən çıxışına qadağa qoyulub. Vitse-prezidentin sanksiyaya vergi borcu səbəbindən məruz qaldığı bildirilir.
Z.Məmmədova yaxın şəxslərdən əldə etdiyimiz məlumata görə, o, bir müddətdir ki, Azərbaycanda yoxdur. Vitse-prezidentin Baltikyanı ölkələrdən birində özünün böyük biznesini qurduğu və onun klubla əlaqəsinin tamamilə kəsildiyi bildirilir.
Klubun icraçı direktoru Yaşar Seyidov isə AzNews.az-a açıqlamasında Z.Məmmədovun klubla əlaqəsinin hələ də mövcud olduğunu bildirib: “Zeynal müəllimin klubla əlaqəsinin kəsilməsi barədə deyilənlər yalandır. Lakin onu da söyləyim ki, biz onu bir aydır ki, görmürük. Z.Məmmədovun harada olduğunu isə bilmirik”.
Başqa bir məlumata görə isə sözügüdən şəxsə sanksiyanın qoyulması şəxsi borclarına görə yox, klubun vergi borcuna görədir.
Qeyd edək ki, Zeynal Məmmədov "Bakı" Futbol Klubunun prezidenti Hafiz Məmmədovun qardaşıdır və klubun vitse-prezidenti vəzifəsində çalışıb.
///AzNews.az