Haitidə hökumət paytaxtı ələ keçirən dəstələrə qarşı müharibə elan etdi

Haitidə hökumət paytaxtı ələ keçirən dəstələrə qarşı müharibə elan etdi
DÜNYA
14:58 18.07.2024
169
Haitidə hökumət paytaxtı ələ keçirən dəstələrə qarşı müharibə elan edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ölkənin baş naziri təxminən 80 faizi bandaların nəzarətində olan paytaxt Port-au-Prinsdə həyatın nə qədər təhlükəli olduğunu etiraf edib və şəhərə nəzarəti bərpa edəcəyinə söz verib. 
 
Dəstələr paytaxt Port-o-Prinsin 80 faizinə nəzarət edir və təkcə bu ilin ilk üç ayında 1500-dən çox insanın ölümünə və ya yaralanmasına görə məsuliyyət daşıyırlar. 

Fevralın sonlarında dəstələr əsas dövlət infrastrukturunu hədəf alan koordinasiyalı hücumlara başlayıblar. Dəstələr iyirmidən çox polis məntəqəsinə nəzarəti ələ keçirib, əsas beynəlxalq hava limanına atəş açaraq, onun təxminən üç aya yaxın bağlanmasına səbəb olub və Haitinin iki ən böyük həbsxanasına basqın edərək 4000-dən çox məhbusu azad ediblər.
 
Ölkədəki zorakılıqlar 2024-cü ilin aprelində keçmiş baş nazir Ariel Henrinin istefasına, müvəqqəti prezident şurasının yaradılmasına və Konilin yeni baş nazir olmasına səbəb olub. 

Beynəlxalq Böhran Qrupundan bildirilib ki, may ayının sonunda dəstə zorakılığı azalmağa başlayıb. 

Qeyd edək ki, Keniya 25 iyunda 400 nəfərlik ilk polis qüvvəsini, iyulun 16-da isə 200 nəfərlik polis qüvvəsini Haitidə artan dəstə zorakılığına son qoymaq üçün göndərib.

Mikayıl
OXŞAR XƏBƏRLƏR