Haitidə son 2 gündə silahlı hücumlarda 25 nəfər həlak olub

Haitidə son 2 gündə silahlı hücumlarda 25 nəfər həlak olub
DÜNYA
14:35 04.07.2024
124
Haitidə son 2 gündə paytaxt Port-au-Prinsin Qressierdə baş verən silahlı qarşıdurmalarda 25 nəfər həyatını itirib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, dstə üzvlərinə qarşı polis əməliyyatları və müdaxilələri davam edir.

Mətbuata açıqlama verən polis rəsmiləri vəziyyətin kifayət qədər mürəkkəb olduğunu söyləyiblər.
 
Prezident Şurasından verilən açıqlamada Qressierdə silahlı dəstələrin törətdiyi hadisələrin pisləndiyi və polisə hərtərəfli dəstək verildiyi bildirilib.
 
Qeyd edək ki, Haitidəki sosial iğtişaşlar, 2021-ci ilin iyulunda prezident Jovenel Moisenin öldürülməsi, eyni ilin avqustunda 2200-dən çox insanın ölümünə və on minlərlə evi dağıdan 7,2 bal gücündə zəlzələ, inflyasiya, vəba hadisələri, adam oğurluğu və artan zorakılıq son illərdə xeyli çoxalıb.

Onu da əlavə edək kiŞ Keniya xaosu və zorakılığı dayandırmaq üçün iyunun 27-də Haitiyə 400 nəfərlik polis qüvvəsi göndərib.

Mikayıl
OXŞAR XƏBƏRLƏR