Haitidə təyyarə qəzaya uğrayıb, 6 nəfər həlak olub

Haitidə təyyarə qəzaya uğrayıb, 6 nəfər həlak olub
DÜNYA
22:24 03.07.2021
1654
Haitinin Port-o-Prens şəhərində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Agency France Presse” məlumat yayıb.

Məlumata görə, hadisə zamanı təyyarədə 6 nəfər olub. Onların hamısı qəzada ölüb.

İlkin məlumata görə, həlak olanlardan 2-si qonşu Dominikan Respublikasının vətəndaşlarıdır.

Hakimiyyət orqanları qəzanın səbəbləri ilə bağlı təhqiqat aparır.
OXŞAR XƏBƏRLƏR