Hakan Fidan: Azərbaycanla Ermənistan sülh müqaviləsini imzalanmağa çox yaxındır

SİYASƏT
18:11 15.03.2024
173
Biz artıq qlobal sistemin dəyişdiyi dövrdəyik.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda keçirilən XI Bakı Qlobal Forumunda çıxışı zamanı deyib.

"Azərbaycan ATƏT-in Minsk qrupunu Qarabağ münaqişəsini həll etmək üçün 30 il təhrik edib. Amma ATƏT, əksinə, münaqişəni uzatmağa çalışırdı. Nəticədə, Azərbaycan 44 günlük Vətən müharibəsi ilə ədaləti bərqərar edib", - o əlavə edib.

Hakan Fidan deyib ki, hazırda Azərbaycanla Ermənistan sülh müqaviləsinin imzalanmasına çox yaxındır: "Biz danışıqların sülh istiqamətində irəliləməsini tamamilə dəstəkləyirik".
 

OXŞAR XƏBƏRLƏR