Hakan Fidan Ceyhun Bayramovla İsrail-İran gərginliyini müzakirə edib

Hakan Fidan Ceyhun Bayramovla İsrail-İran gərginliyini müzakirə edib
SİYASƏT
16:57 14.06.2025
334

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan və Misirdən olan həmkarları ilə İsrail-İran münaqişəsi ətrafındakı vəziyyəti müzakirə edib.

Bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki (XİN) mənbə bildirib.

"İyunun 14-də Türkiyənin XİN başçısı Hakan Fidan Azərbaycan və Misridən olan həmkarları Ceyhun Bayramov, eləcə də Bədr Abdel Atı ilə telefon danışığı aparıb. Danışıqlar zamanı İsrailin İrana hücumu və digər regional məsələlər müzakirə olunub", - deyə mənbə bildirib.
 
//Oxu.az
OXŞAR XƏBƏRLƏR