Hakan Fidan Livan və Səudiyyə Ərəbistanına gedəcək

Hakan Fidan Livan və Səudiyyə Ərəbistanına gedəcək
DÜNYA
11:11 17.10.2023
122
Türkiyə İsrailin Fələstindəki zorakılığına son qoymaq üçün diplomatik fəaliyyətini davam etdirir.  

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbır verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Livana, oradan da Səudiyyə Ərəbistanına gedəcək.
 
Hakan Fidan ilk olaraq livanlı həmkarı Abdullah Buhabibin dəvəti ilə Livana yollanacaq. Danışıqlar zamanı ikitərəfli əlaqələrlə yanaşı, regional və qlobal hadisələrin də müzakirə olunacağı gözlənilir.

Xarici işlər naziri Fidanın ikinci dayanacağı Səudiyyə Ərəbistanının Ciddə şəhəri olacaq. O, İslam Əməkdaşlıq Təşkilatının Açıq İştirakçılığa dair İcraiyyə Komitəsinin iclasında iştirak edəcək. İclasda Qəzzada bütün Fələstin xalqını hədəf alan İsrailin ayrı-seçkilik etmədən hərəkətlərinə qarşı İslam Əməkdaşlıq Təşkilatı tərəfindən atılacaq konkret addımlar müzakirə ediləcək. Əsas diqqət təşkilata üzv ölkələrin ümumi münasibətinin müəyyən edilməsinə yönəldiləcək.

Xatırladaq ki, Hakan Fidan bundan əvvəl İsrailin Fələstindəki zorakılığına son qoymaq üçün Misirə səfər etmişdi.

Aysel
OXŞAR XƏBƏRLƏR