Hakan Fidan: "Terrorçular hərəkətlərinə görə peşman olacaqlar"

Hakan Fidan: "Terrorçular hərəkətlərinə görə peşman olacaqlar"
SİYASƏT
16:23 04.10.2023
156
"Terrorçular hərəkətlərinə görə peşman olacaqlar".

AZXEBER.COM xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

"İraq və Suriyada PKK və YPG-yə məxsus bütün infrastruktur və üst quruluş obyektləri Türkiyə təhlükəsizlik, silahlı qüvvələr və kəşfiyyatının qanuni hədəfləridir. İnsanları PKK/YPG obyektlərindən və şəxslərdən uzaq durmağı tövsiyə edirəm", - deyə XİN rəhbəri bildirib.

Onun sözlərinə görə, Ankarada terror aktı törədən 2 terrorçu ilə bağlı yeni məlumatlar üzə çıxıb. O, terrorçuların Suriyadan gəldiyini və kimliklərinin müəyyən edildiyini bildirib.

Qeyd edək ki, oktyabrın 1-də Ankarada Daxili İşlər Nazirliyinin binası yaxınlığında partlayış baş verib. Hadisə nəticəsində bir neçə polis əməkdaşı yaralanıb.
OXŞAR XƏBƏRLƏR