"Hakan Fidanın Şuşaya gəlməsi hazırkı vəziyyətdə sülhə çağırış demək idi" - Deputat

"Hakan Fidanın Şuşaya gəlməsi hazırkı vəziyyətdə sülhə çağırış demək idi" - Deputat
SİYASƏT
11:20 11.10.2023
258
"Hakan Fidanın Şuşaya gəlməsi hazırkı vəziyyətdə sülhə çağırış demək idi".
 
Bu fikirləri Milli Məclisin deputatı Hikmət Babaoğlu AZXEBER.COM-a açıqlamasında Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin görüşü ilə bağlı danışarkən deyib.
 
Millət vəkili bildirib ki, Şuşada keçirilən bu görüş Azərbaycanın dünyaya verdiyi sülh mesajı idi:

"Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin görüşü, əlbəttə ki, bir daha Azərbaycanın dünyaya verdiyi sülh mesajı olmaqla bərabər, həm də iqtisadi münasibətlərin dərinləşməsi, regiona rifahın və sabitliyin gəlməsi ilə bağlıdır. Şübhəsiz ki, bütün bunlarla yanaşı, qardaş Türkiyənin xarici işlər naziri Hakan Fidanın Şuşaya gəlməsi orada bir daha regional kommunikasiyaların, Zəngəzur dəhlizinin açılması ilə bağlı fikirlər səsləndirməsi, hazırkı vəziyyətdə sülhə çağırış  idi. Çünki hər hansı bir regionda blokadanın mövcud olması, yolların, kommunikasiyaların bağlı olması mümkün konfliktlər üçün yeni zəmin yaradır.
 
Cənubi Qafqaz çox böyük coğrafi yer deyil və burada Ermənistanın uzun illər işğalçılıq siyasəti nəticəsində ənənəvi kommunikasiya sistemləri pozulubdur. Bu həm yol-nəqliyyat kommunikasiyalarına, həm də enerji-nəqliyyat kommunikasiyalarına aiddir. Ona görə də hazırkı mərhələdə sülhün əldə edilməsinə, Ermənistan - Azərbaycan arasında sabit diplomatik münasibətlərin bərpa olunmasına mane olacaq azsaylı problemlərdən biri yeni kommunikasiya-rabitə sistemlərinin açılmasıdır. Həmçinin sərhədlərin demarkasiya və delimitasiya edilməsi, və nəhayət, iqtisadi münasibətlərin bərpa edilməsidir. Azərbaycan Prezidenti hələ Tiflisdə olarkən Qafqaz üçlüyünü önə çəkərək regional əməkdaşlıq platformasını yeni çağırışlar kontekstində bir daha təqdim etdi. Bu da regionda sülhə və sabitliyə hesablanmış bir çağırış idi. Qardaş Türkiyənin, habelə XİN rəhbəri Hakan Fidanın bu fikirləri dəstəkləməsi mümkün iqtisadi əlaqələrin dərinləşməsi üçün yeni perspektivlər yaradır".
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR