Hakerlər İsrail ordusunun saytını ələ keçirdi

Hakerlər İsrail ordusunun saytını ələ keçirdi
DÜNYA
11:50 14.12.2023
174
 
İordaniyalı hakerlər İsrail ordusunun rəsmi saytını ələ keçirib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, iordaniyalı hakerlər ordunun rəsmi saytının ingiliscə səhifəsini ələ keçirərək Qəzzaya dəstək mesajı dərc ediblər.
 
Mesajda yazılıb:
 
"Sizin Qəzzada zülmünüz ölüm və müharibədən başqa bir şey gətirməyəcək. Biz torpaqlarımızın azad edilməsindən başqa heç nə qəbul etməyəcəyik".

Hakerlərin kiberhücumundan sonra İsrail ordusunun saytına daxil olmaq mümkün olmayıb.

Mesajda İsrail ordusunun internet saytının sındırılması ilə bağlı "Bu, Qəzzada günahsız insanlarımızı öldürmənizə, çirkin barbarlıq və çirkin hərəkətlərinizə cavabdır”,  - deyə bəyanat verilib.
 
Bu hücumun başlanğıcı olduğu bildirilən mesajda deyilir:
 
"Bununla sizə bildiririk ki, Fələstin torpaqlarımızın dənizdən çaya qədər azad edilməsindən başqa heç nə qəbul etməyəcəyik. Müharibəmiz sonsuza qədər davam etsə belə, bu sizi ancaq ölüm və qorxuya salacaq”.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR