Hakim milyonlarla manat mənimsəyən şəxsin azadlığa buraxılmasına münasibət bildirdi

Hakim milyonlarla manat mənimsəyən şəxsin azadlığa buraxılmasına münasibət bildirdi
SOSİAL
16:26 01.11.2021
621
"Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradovun barəsindəki qətimkan tədbirinin dəyişdirilməsi onu məsuliyyətdən azad etmir və işin mahiyyətinə heç bir təsir göstərmir”.

Bunu "Report”a açıqlamasında Bakı Ağır Cinayətlər Məhkəməsinin spiker-hakimi Əfqan Hacıyev deyib.

O bildirib ki, Vidadi Muradovun cinayət işinə məhkəmə tərəfindən cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaq.

Xatırladaq ki, ötən həftə "Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradovun onkoloji xəstə olduğu üçün müalicəyə ehtiyacı nəzərə alınaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasında barəsində həbs qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbirinə dəyişdirilib və o, azadlığa buraxılıb.

Qeyd edək ki, rəsmi məlumata görə, Muradov Vidadi Aydın oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş Prokurorluğa daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaq tədbirləri ilə V.Muradovun qeyd olunan vəzifədə işləyərkən 9 dekabr 2016-cı il tarixdən 31 dekabr 2019-cu il tarixədək olan müddətdə digər şəxslərlə qabaqcadan əlbir olaraq "Azərxalça” ASC-yə məxsus xalça istehsalı üçün nəzərdə tutulan ipin formal müqavilələrin bağlanması yolu ilə alqı-satqısı məqsədilə bir neçə hüquqi şəxsə məxsus bank hesablarına ümumilikdə 3 milyon 435 min manat məbləğdə pul vəsaitinin köçürülməsinə və həmin məbləğin 1 milyon 149 min manat olan hissəsinin nağdlaşdırılmaqla mənimsəməsinə, hərəkətləri ilə cəmiyyətin qanunla qorunan əmlak və sair hüquqlarına, habelə qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə, eləcə də rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr yaranıb.

Bundan başqa, V.Muradovun 20 dekabr 2017-ci il tarixdən 18 fevral 2019-cu il tarixədək olan müddətdə cəmiyyətə məxsus müxtəlif ölçülü xalçaları təsisçisi olduğu "Azər-İlmə” MMC-yə ucuz qiymətə satılmasına nail olmaqla 339 427 manat məbləğində əmlakı mənimsəyərək "Azərxalça” ASC-nin qanuni mənafelərinə təkrarən mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.

Habelə V.Muradovun 28 mart 2019-cu il tarixdə xarici bazarlarda 800 min ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1 milyon 360 min manat təşkil edən yun təmizləmə xəttinin alınmasının mümkün olmasına və həmin alqı-satqının rəhbəri olduğu cəmiyyət üçün maddi baxımdan daha səmərəli olmasına baxmayaraq, istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olaraq "Azərxalça” ASC-yə məxsus olan əmlakı israf etməklə talamaq məqsədilə cəmiyyət üçün maddi cəhətdən daha ağır şərtlərlə, Almaniya Federativ Respublikası ərazisində fəaliyyət göstərən şirkətlərdən biri ilə dəyəri 5 milyon 314 min avro (və ya 10 milyon 167 min manat) təşkil edən podrat müqaviləsini bağlayıb, müqavilənin tərkib hissəsi kimi yun təmizləmə xəttinin alınması üçün 1 milyon 800 min avro (və ya 3 milyon 444 min manat) məbləğində pulun "Azərxalça” ASC-nin bank hesabından şirkətin bank hesabına ödənilməsinə nail olmaqla, "Azərxalça” ASC-yə məxsus cəmi 2 milyon 84 min manat məbləğində əmlakı israf etməsinə, həmin hərəkətləri ilə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.

9 yanvar 2021-ci il tarixdə V.Muradova CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, rayon məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukrayna və Britaniya arasında dron istehsalı sahəsində əməkdaşlıq müzakirə olunub
19:39 26.08.2025
Ukrayna və Britaniya arasında dron istehsalı sahəsində əməkdaşlıq müzakirə olunub
İtaliya klubu Nemanya Matiçin transferini açıqlayıb
19:27 26.08.2025
İtaliya klubu Nemanya Matiçin transferini açıqlayıb
Cənubi Koreya ABŞ-dən 103 təyyarə alacaq
19:14 26.08.2025
Cənubi Koreya ABŞ-dən 103 təyyarə alacaq
Fransanın Baş naziri parlamentin buraxılması ehtimalını istisna etməyib
18:56 26.08.2025
Fransanın Baş naziri parlamentin buraxılması ehtimalını istisna etməyib
ABŞ Livanla "Hizbullah"ın tərksilah edilməsini müzakirə edir
18:47 26.08.2025
ABŞ Livanla "Hizbullah"ın tərksilah edilməsini müzakirə edir
Tailand və Kamboca minatəmizləmə barədə razılıq əldə ediblər
18:33 26.08.2025
Tailand və Kamboca minatəmizləmə barədə razılıq əldə ediblər
Deputat turistlə birlikdə Qobustandan Bakıya piyada gəlir - VİDEO
18:24 26.08.2025
Deputat turistlə birlikdə Qobustandan Bakıya piyada gəlir - VİDEO
Makronun istefası təklifi parlamentə təqdim ediləcək
18:24 26.08.2025
Makronun istefası təklifi parlamentə təqdim ediləcək
Rusiya diplomatlarının Şengen zonasında sərbəst hərəkəti qadağan edilə bilər
18:13 26.08.2025
Rusiya diplomatlarının Şengen zonasında sərbəst hərəkəti qadağan edilə bilər
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
17:38 26.08.2025
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
17:28 26.08.2025
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
17:25 26.08.2025
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
17:16 26.08.2025
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
17:12 26.08.2025
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır