Əli Əhmədov: “İki ölkə arasında münasibətlərin inkişaf etməsi hər iki dövlətin mənafeyinə uyğundur”
Azərbaycan və Rusiya arasında müxtəlif sahələri əhatə edən əlaqələr mövcuddur. İki ölkə arasında münasibətlər normaldır və bunun inkişaf etdirilməsinə hər iki tərəf səylərini göstərir. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfərinin yekunlarını şərh edərkən hakim Yeni Azərbaycan Partiyasının Sədr müavini, icra katibi Əli Əhmədov deyib. Ə.Əhmədov bildirib ki, iki ölkə arasında münasibətlərin inkişaf etməsi hər iki dövlətin mənafeyinə uyğundur: "Putinin səfəri çərçivəsində aparılan danışıqlar, imzalanan sənədlər gələcəkdə iki dövlət arasında iqtisadi, siyasi və digər sahələrdə olan münasibətlərin yüksək səviyyəyə qaldırılması üçün etibarlı hüquqi baza yaradıb"