"Hakim "Real"a kömək etdi" - PSJ prezidenti

"Hakim "Real"a kömək etdi" - PSJ prezidenti
İDMAN
16:35 15.02.2018
1605

PSJ-nin prezidenti Nasser Əl-Xəlafi Çempionlar Liqasının 1/8 finalının ilk oyununda "Real"a 1:3 hesablı məğlubiyyəti şərh edib.

O, görüşün hakimi Canluka Rokkini Madrid klubuna kömək etməkdə günahlandırıb: "Hakim öz işini düzgün yerinə yetirsəydi, nəticə başqa cür ola bilərdi. Haqsız nəticədir. İkinci hissədə daha yaxşı oynadıq, qol epizodları yaratdıq. Mbappe oyundankənar vəziyyətdə deyildi. Hakim səhvləri bizə baha başa gəldi. Hakim "Real"a kömək etdi".

 

O bildirib ki, daha cavab matçı haqda düşünməlidirlər: "Doğma meydanda azarkeşlərimiz önündə oynayacağıq. Növbəti mərhələyə yüksələ bilərik. Bunun üçün hər şeyi edəcəyik. "Real"la matç çətin olacaq". (qol.az)

OXŞAR XƏBƏRLƏR