''Hakimlə mübahisə edən futbolçunu komandamdan qovacağam''

İDMAN
13:17 06.11.2012
1050

“Simurq” bizdən öncə bir neçə tur idi ki, üç xala həsrət qalmışdı. Ona görə də Tovuza maksimum nəticə arxasınca gəlmişdi. Biz də bunu çox gözəl anlayırdıq. Elə buna görə də oyuna çox ciddi hazırlaşmışdıq”.

Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri “Turan”ın baş məşqçisi Əfqan Talıbov Premyer Liqanın XII turunda “Simurq”la keçirdikləri oyun (1:1) haqda danışarkən bildirib.

O qeyd edib ki, meydança yaxşı durumda olmadığından atletik futbola üstünlük verə bilməyiblər: “İlk hissədə qapımıza demək olar ki, cəmi bir təhlükəli vəziyyət oldu. Rəqib də standart vəziyyət zamanı bundan istifadə edib qol vurdu. İkinci hissədə futbolçularım yuna daha yaxşı köklənə bilmişdi. Bunun da nəticəsində cavab qolunu vurub hesabı bərabərləşdirdik”.

“Turan” - “Simurq” oyunu sarı və qırmızı vərəqələrin bol olmasıyla yadda qalıb. Baş hakim Anar Salmanovun idarəçiliyi haqda danışan Ə.Talıbov bildirib ki, bu görüş həddindən artıq gərgin şəraitdə keçib: “Ola bilər məhz bu üzdən hakim əlini dəfələrlə cibinə salmağa məcbur oldu. Lakin mən ümumilikdə hakim idarəçiyilidən danışmaq istəməzdim. Biz meydana öz oyunumuzu oynamağa çıxırıq. Bunu futbolçularlma da demişəm. Futbolçulardan kimsə hakimlə mübahisə aparsa, onu nəinki əsas, heç “18”liyə də salmayacağam. Sonra isə həmin futbolçularu qovacağam. Mənə səbəb yox, oynayan futbolçu lazımdır”.

Ə.Talıbov hazırda Premyer Liqadakı 12 komandanın hamısının ilk “altılığ”a düşmək üçün mübarizə apardığını qeyd edib: “Bu məsələdə biz də əlimizdən gələni etməyə çalışacağıq ki, şansımızdan istifadə edək. Mən ilk “altılığ”a düşəcəyimə çox inanıram. Hazırda turnir cədvəlində komandalar arasındakı xal fərqinin azdır, bu da futbolçularıma əlavə stimul verir. Həmçinin özlərinə inamları daha da artır. Qış fasiləsində yeni transferlər edib komandamızı daha da gücləndirmək istəyirik”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:48 12.02.2025

Britaniya Ukraynaya 150 milyon funt-sterlinqlik hərbi yardım ayıracaq

20:37 12.02.2025

HƏMAS nümayəndə heyəti atəşkəs razılaşmasını müzakirə etmək üçün Qahirəyə gedib

20:24 12.02.2025

Böyük Britaniya fələstinli ailəyə Ukrayna sxemi üzrə sığınacaq verib

20:10 12.02.2025

"Arsenal"ın hücumçusu mövsümü erkən başa vurub

20:02 12.02.2025

Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir?

19:54 12.02.2025

NATO Baş katibi: Ukraynanın Alyansa üzvlüyünün müzakirəsi hələ tezdir

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb