Baş rollarda İlhan Şen, Aybüke Pusat və Biran Damla Yılmazın yer aldığı "Halef: Köklərin çağırışı" serialının çəkilişlərinə start verilib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, çəkilişlərin əsas məkanı Urfa şəhəridir.
Yeni mövsümdə "NOW"da yayımlanacaq serialın Urfa setindən ilk fotolar İlhan Şen və Biran Damla Yılmaz tərəfindən yayımlanıb.
Şanlıurfanın bənzərsiz atmosferindən paylaşılan görüntülər sosial mediada böyük marağa səbəb olub.
Sevgi, sirlər və intiqamın cəlbedici hekayəsi ilə "Halef: Köklərin çağırışı" sentyabrda yayıma başlayacaq.
Aysel