Xəbər verdiyimiz kimi aprel ayının 27-sində Türkiyənin tanınmış müğənnisi Halil Sezai Bakıda konsert proqramı ilə çıxış edəcək.
Konsertin təşkilatçısı Samir Xəttabın AZXEBER.COM-a verdiyi açıqlamada konsert öncəsi, layihəyə kölgə salmaq məqsədi ilə bir neçə dezinformasiyaların yayılmasına başlanılıb. Təşkilatçı konsertin təxirə salınması ilə bağlı yayılan informasiyaların yalan olduğunu söyləyib:
“Artıq şəhərdə bəzi adamlar qara piar məqsədi ilə “Sezai Bakıya gəlməyəcək”, “Konsertin biletləri pulsuzdur” deyə şayiələr buraxırlar.Konsertin təşkilatçısı kimi sizə biletlərin satışda olduğunu qiymətlərin 25 AZN-dən 100 AZN-ə qədər olduğunu bildirirəm.Sezainin Bakıya gəlməsinin sübutu kimi isə sizə həm avia biletinin şəklini həm də video müraciətini təqdim edirəm”.
Qeyd edək ki, konsert 27 apreldə, Bakıda Elit Ticarət və Əyləncə Mərkəzinin 5-ci mərtəbəsində “Sound Factory Arena”da keçiriləcək. Konsertin digər qonaqları “Dostlar” qrupu Dj China,Dj Seym və DJ Razy Freeman olacaq.
Konsertin təşkilatçısı Samir Xattab ,layihənin rəhbəri isə Elşən Səfərsoydur.
Konsertin aparıcıları Ramin İbrahimov və Günel Hümbətovadır.
Konsertin informasiya dəstəyi AZXEBER.COM portalıdır.
Əlaqə: 077 360 70 50, 055 227 05 98