Halit Ərgənç Azərbaycanda filmə çəkilir

MAQAZİN
16:11 23.02.2015
1231
Türkiyəli aktyor Halit Ərgənç “Əli və Nino” romanı əsasında çəkiləcək eyniadlı filmdə iştirak edəcək.Bu barədə dünən filmlə bağlı keçirilən mətbuat konfransında məlumat verilib.Qeyd edək ki, filmin baş rollarını - Əli və Ninonu aktyorlar Adam Bakri və Maria Valverde canlandıracaqlar. Aktyor heyətinə həmçinin Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Assad Buab və Numan Akar daxildir.Ekran işi Bakının küçələrində, İçərişəhərdə, Opera və Balet Teatrında, Qobustanda, Xınalıq dağlarında çəkiləcək.
OXŞAR XƏBƏRLƏR