Ötən gün Beynəlxalq Mətbuat Mərkəzində "Xüsusi təyinatlı İbad" filiminin çəkiliş heyəti və aktyorları təqdimat mərasimi keçirib.
AZXEBER.COM xəbər verir ki, filmin rejissoru Natiq Novruz film haqqında danışarkən, Türkiyənin məhşur aktyoru Halit Ergenci "Xüsusi təyinatlı Ibad 2" filminə çəkdiyini deyib: "Xüsusi təyinatlı Ibad 2"nin artıq çəkilişlərinə başlamışıq. Filmə aktyor kimi Halit Ergenci də dəvət etmişik. Onunla söhbətimiz hələ Türkiyədə filmin qalası zamanı oldu. Milli qəhramanımız İbad Hüseynin adını eşidər-eşitməz təklifimizi qəbul etdi. Bu gün İbad Hüseynov həyatdadır. Onun özünün və döyüş yoldaşlarının danışdıqları faktlar əsasında filmi çəkirik ”
Rejissor birinci filimi uğurlu olduğunu bildiəirək əlavə edib: "Birinci film çəkiləndən sonra gördük ki, tamaşaçılar bəyəndi. İkinci filmi çəkməyi qərara aldıq. Yeni filmimizdə ermənilərin ikinci Xocalı soyqırımı törətmək niyyətindən bəhs olunur. İbad Hüseynovun iştirakı ilə Kişniş dağı, Polo təpəsi deyilən yerdə döyüşlər olub, ermənilərin artilleriyası məhv edilib. Bununla da onların bütün pis niyyətləri özlərinə qalıb”
Qeyd edək ki, İbad Hüseynov Qarabağ müharibəsi zamanı kəşfiyyat-diversiya dəstəsinin komandiri olub, "Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Nazim Qasımzadə



