"Unutmaq lazım deyil ki, xroniki yorğunluq sindromu müxtəlif səbəblərdən qaynaqlanır. Bu xəstəliyi müalicə etmək üçün ilk növbədə onu doğuran səbəbləri aradan qaldırmaq lazımdır”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında ölkəmizin tanınmış endokrinoloqu Dr. Ayşən Xəlilova söyləyib.
Onun sözlərinə
görə, xroniki yorğunluq sindromuna əsasən qadınlar arasında rast gəlinir:
"Xronik yorğunluq
sindromu fiziki, zehni və duyğusal əlamətlərə sahib olan bir xəstəlikdir. Halsızlıq,
yorğunluq, tənbəllik, işdən soyuma, depressiv hallarla xarakterikdir. Əgər sizdə
6 aydan uzun sürən əzələ, oynaq ağrıları, konsentrariya pozğunluğu və ürəkbulanması
varsa, bəlkələrə güvənmək lazım deyil. Mütləq
şəkildə həkimə müraciət etmək və müvafiq müayinələrdən keçmək zəruridir”.
Dr. Ayşən Xəlilova qeyd edir ki, xroniki yorğunluq bir çox endokrin xəstəliklərin əsas əlaməti ola bilər:
"Bu sırada
qalxanvari vəzi xəstəlikləri (hipotireoz, hipertireoz, haşimoto), D vitamin
çatışmamazlığı, adisson, insulin dirənci, metobolik sindrom, cinsi hormonlardakı
pozğunluqlar, qanazlığı və digər xəstəlikləri misal göstərmək olar. Bütün hallarda
səbəb dərindən araşdırılmalıdır”.
Xatırladaq
ki, Dr. Ayşən Xəlilova Türkiyə və Rusiyada ixtisaslaşıb və ölkəmizin ən peşəkar
endokrinoloqlarındandır. Hazırda "MedEra” Hospitalda çalışan Dr. Ayşən Xəlilova
həmiçinin peşəkar dietoloqdur və ən müasir Avropa protokollarını Azərbaycanda tətbiq
edir.
Instagram : @endokrinoloq_ayshan_khalilova
Əlaqə nömrəsi : +994 50 665 22 15
Ünvan: MedEra hospital (Əcəmi Naxçıvanı 53)