Haluk Levent azərbaycanlı uşağa dəstək üçün konsert keçirəcək - Biletlər satışdadır

MAQAZİN
15:36 12.11.2019
2769
Türkiyənin tanınmış rok ifaçısı Haluk Levent Azərbaycanda xeyriyyə konserti keçirəcək.
 
"Nərgiz" Fondundan AZXEBER.COM-a verilən məlumata görə, türk rok-ifaçısı Haluk Levent 22 yaşlı Sura Nadirovaya komək məqsədilə solo konserti verəcək.

Konsert Dekabrın 7-də Elektra Events Hall-da baş tutacaq. Konsertin biletlərini şəhərin bütün kassalarından və İticket.az saytında əldə edə bilərsiniz.
 
Qeyd edək ki, konsert limfoma xərçəngindən əziyyət çəkən Sura Nadirovaya dəstək məqsədi ilə keçiriləcək. Müğənni keçirəcəyi konsertdən əldə edilən vəsaitin Suranın müalicəsinə xərclənməsi üçün aidiyyatı qurumlara müraciət etmişdi. Onun bu təşəbbüsünə Nərgiz Fondu dəstək verib. 
 
Günel Hüseynli

OXŞAR XƏBƏRLƏR

X Mostbet