“Halva, halva deməklə ağız şirin olmaz!” - XİN-dən reaksiya

SİYASƏT
21:59 14.08.2019
3462
"Zöhrab Mnatsakanyanın Nikol Paşinyanın Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərində səsləndirdiyi absurd bəyanatı bir daha təkrarlaması əslində onu beynəlxalq birlik, xüsusilə də ATƏT-in Minsk Qrupu həmsədrləri qarşısında pis vəziyyətə salır”. 

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın bu ölkənin "Dağlıq Qarabağın mənsubiyyəti ilə bağlı rəsmi mövqeyi nədir” sualını şərh edərək, Baş nazir Nikol Paşinyanın təxribatçı ifadəsini təkrarlamasına münasibət bildirərkən deyib.

L. Abdullayeva bildirib ki, həqiqətən də, bu cür məsuliyyətsiz ritorika nəinki beynəlxalq hüquqa və beynəlxalq vasitəçilərin mövqeyinə tamamilə ziddir, eyni zamanda münaqişənin sülh yolu ilə tənzimlənməsinə yönələn bütün səyləri heçə endirə bilər: "Ermənistan tərəfinin əsl simasının üzə çıxması və maskalarının atılması danışıqlar prosesinin pozulmasına yönələn Ermənistan hökumətinin rəsmi mövqeyinə beynəlxalq təsisatların diqqətinin cəlb edilməsi üçün ciddi əsas təşkil edir. 

Azərbaycan Xarici İşlər Nazirliyi, BMT və ATƏT-in Baş katiblərinə, habelə ATƏT-in Minsk Qrupunun həmsədrləri və bu Qrupun digər üzv ölkələrinin Xarici İşlər nazirlərinə məktublar ünvanlayaraq, burada N. Paşinyanın bəyanatları səbəbindən meydana gələn təhlükəli vəziyyətlə bağlı artıq mövqe bildirib.

Azərbaycan tərəfi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının, habelə Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin işğalının ağır nəticələrini xatırladaraq, Ermənistan Baş nazirinin son bəyanatlarını vəziyyətin daha da gərginləşməsinə gətirən "qırmızı xəttin” aşılması kimi qiymətləndirir. 

Biz Ermənistan tərəfinə ATƏM Nazirlər Şurasının 24 mart 1992-ci il tarixli qərarı, həmçinin ATƏT MQ həm-sədrlərinin mandatı ilə diqqətlə tanış olmalarını israrla tövsiyə edirik. Bu sənədlərdə münaqişənin sülh yolu ilə tənzimlənməsinə nail olmaq üçün lazımi tədbirlər dəqiq təsbit olunur. Münaqişənin sülh yolu ilə həlli silahlı təcavüzün nəticələrinin tanınmasına əsaslanmamalı, əksinə - BMT Nizamnaməsinə, Helsinki Yekun Aktının müddəalarına, BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərarları üzərində qurulmalıdır.

Sonda Şərqdə işlədilən bir atalar sözünü xatırlatmaq istərdim: "Halva, halva deməklə ağız şirin olmaz!”

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:00 11.07.2020

Bu gün dünyada koronavirusa rekord yoluxma qeydə alındı

23:33 10.07.2020

Kapital Bank-ın dəstəyi ilə Qarabağ əlillərinə və şəhid ailələrinə evlər təqdim edildi

23:11 10.07.2020

Ağstafa Rayon İcra Hakimiyyəti başçısının iki müavini işdən çıxarıldı

22:56 10.07.2020

“Şirin Su” Neftçala sakinlərinə pulsuz içməli su payladı - FOTO

22:38 10.07.2020

Vilayət Eyvazov generalı təqaüdə göndərdi

22:27 10.07.2020

Rusiyada koronavirus vaksininin sınaqlarının son mərhələsi başladı

22:14 10.07.2020

Türkiyәdә koronavirusla bağlı son vәziyyәt

21:58 10.07.2020

Nazirlik koronavirusa yoluxmuş məhbuslarla bağlı məlumat yaydı

21:39 10.07.2020

"Əgər kredit vermiriksə, müştərinin əlinin yanmasını istəmirik" - Yelo Bankın sədri

21:29 10.07.2020

Azərbaycan Beynəlxalq Bankından bütün müştərilərə pulsuz TamKart

21:18 10.07.2020

“Koronavirusa yoluxmuş həkim Cavid Paşayevin vəziyyəti ağırlaşıb” - Rəşad Mahmudov

21:16 10.07.2020

Ədliyyə Nazirliyindən açıqlama - 3 cəzaçəkmə müəssisəsində test nəticələri pozitiv çıxıb

20:58 10.07.2020

Prezidentin köməkçisi sözünün üstündə durdu: Avtobus kartını göstərdi - FOTO

20:43 10.07.2020

Rasim Quliyev: Mərdliyi, qəhrəmanlığı olmayan adamlardan koroğlular ola bilməz

20:31 10.07.2020

Rusiya beynəlxalq aviauçuşları bərpa etməyə hazırlaşır

19:38 10.07.2020

“Sosial şəbəkələrdəki şikayətlər qəbul edilir və nəzarətə götürülür”