HAMAS amerikalı vasitəçilərdən atəşkəs, eyni zamanda, girov müqaviləsinin ikinci mərhələsi üçün yeni təklif aldıqlarını və buna müsbət cavab verdiklərini bildirib.
Bu barədə HAMAS bəyanat yayıb.
HAMAS amerikalı-israilli girov Edan Aleksandrı və həyatını itirmiş 4 ABŞ vətəndaşının - Ömər Neutra, İtay Çen, Qadi Haqqai və Cudi Vaynşteyn Haqqinin meyitlərini azad etməyə razılaşdıqlarını açıqlayıb.