HAMAS bir girov və 4 ABŞ vətəndaşının meyitini İsrailə təhvil verəcək

HAMAS bir girov və 4 ABŞ vətəndaşının meyitini İsrailə təhvil verəcək
DÜNYA
18:40 14.03.2025
288
HAMAS amerikalı vasitəçilərdən atəşkəs, eyni zamanda, girov müqaviləsinin ikinci mərhələsi üçün yeni təklif aldıqlarını və buna müsbət cavab verdiklərini bildirib.

Bu barədə HAMAS bəyanat yayıb.

HAMAS amerikalı-israilli girov Edan Aleksandrı və həyatını itirmiş 4 ABŞ vətəndaşının - Ömər Neutra, İtay Çen, Qadi Haqqai və Cudi Vaynşteyn Haqqinin meyitlərini azad etməyə razılaşdıqlarını açıqlayıb.
OXŞAR XƏBƏRLƏR