Hamburq hava limanında uçuşlar dayandırıldı

Hamburq hava limanında uçuşlar dayandırıldı
DÜNYA
13:50 12.06.2026
131
Almaniyanın Hamburq Hava Limanında şübhəli əşya ilə bağlı daxil olan xəbərdarlıq səbəbindən təhlükəsizlik zonası boşaldılıb, bütün qalxışlar isə müvəqqəti dayandırılıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, polis tərəfindən yayılan açıqlamada hava limanında "polis əməliyyatı tələb edən vəziyyətin” yarandığı bildirilib. Bu səbəbdən təhlükəsizlik yoxlama məntəqəsindən sonrakı bütün təhlükəsizlik zonası təxliyə olunub.

Almaniya mediasında yayılan xəbərlərə görə, əməliyyat şübhəli əşya barədə məlumat əsasında başladılıb. Lakin səlahiyyətli qurumlar bu məlumatı hələlik rəsmi şəkildə təsdiqləməyib.

Təxliyə çərçivəsində təhlükəsizlik yoxlamasından keçmiş sərnişinlər terminaldan çıxarılıb, bəzi təyyarələrdə olan sərnişinlərin də endirildiyi bildirilib.

Hava limanı rəhbərliyi təhlükəsizlik tədbirləri səbəbindən bütün uçuşların müvəqqəti dayandırıldığını açıqlayıb. Enişlərin isə davam etdiyi qeyd olunub. Sərnişinlərə uçuş vəziyyətini aviaşirkətlər vasitəsilə izləmələri tövsiyə edilib.

Hadisənin səbəbi ilə bağlı araşdırmalar davam edir. Təhlükəsizlik zonasının nə zaman yenidən fəaliyyətə başlayacağı isə hələlik məlum deyil.
 
Gülay
OXŞAR XƏBƏRLƏR