Hamburqda Azərbaycan gecəsi keçiriləcək

MƏDƏNİYYƏT
19:00 04.12.2013
1334

Heydər Əliyev Fondunun və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə Almaniyanın Hamburq şəhərində Azərbaycan gecəsi keçiriləcək.

AZXEBER.COM-un Fonda istinadən verdiyi xəbərə görə, Hamburqun tarixi Börsensaal zalında təşkil olunacaq gecədə rəsm və foto sərgiləri və bu işlərin foto-proyeksiyaları təqdim olunacaq. Stendlərdən birində Azərbaycanda Almaniya mövzusunda ənənəvi keçirilən “Almaniya bir rəssamın gözü ilə” sərgi-müsabiqələrdə qalib gəlmiş istedadlı gənclərin rəngkarlıq işləri nümayiş olunacaq.Qeyd edək ki, Almaniyada heç vaxt olmayan gənc rəssamların bu ölkə haqqında yaradıcı təxəyyüllə çəkdiyi əsərlərin təqdimatı bundan əvvəl Ştutqart və Köln şəhərlərində də baş tutub. Tədbirdə nümayiş olunan digər stenddə isə XIX əsrdən başlayaraq Azərbaycanda yaşayan almanların həyatını əks etdirən fotolar sərgilənəcək. Fotoşəkillər vaxtilə Avropada ən böyük və müasir mis əridən zavodunu Gədəbəydə inşa edən Simens qardaşları və onların minlərlə həmvətəninin Azərbaycandakı fəaliyyətindən və yaşam tərzindən bəhs edir.Hamburqdakı Azərbaycan gecəsi virtuoz caz ifaçısı İsfar Sarabskinin konsert proqramı ilə başa çatacaq.

OXŞAR XƏBƏRLƏR