“Hamı bilir ki, o xəstə, manyak adamdır” – Qalmaqallı məktəb direktoru

“Hamı bilir ki, o xəstə, manyak adamdır” – Qalmaqallı məktəb direktoru
SOSİAL
12:34 23.04.2019
12688
Samux rayon İnstitut qəsəbə tam orta məktəbi ilə bağlı şikayətlər davam edir.

Bu gün məktəb direktoru haqqında valideyn və müəllimlərdən növbəti şikayət daxil olub. Məktəbin keçmiş fizika-riyaziyyat müəllimi olan şikayətçilərdən biri bildirib ki, işlədiyi müddətdə direktor ona çox əziyyət verib:

"6-ci gün Gülsabah Abbasova məktəbdə iclas keçirib. Müəllimləri və qaçqın valideynlərini iclasa çağırıb, onlar da qol çəkiblər ki, hadisələr hamısı yalandır. 

Amma yayılan məlumatlar hamısı düzdür. Bu məktəb çox qalmaqallıdır. 44 il ərzində məktəbdə 10 direktor dəyişib. Mən hələ belə direktor görməmişəm. Mənim yerimə X-XI siniflərə saxta qiymətlər yazırdı. Uşaqları, müəllimləri polislə qorxudurdu. Müəllimlərdən ayda 20 manat pul yığır. Pulu yığanda deyir, Təhsil şöbəsi istəyir. 

Azərbaycan sektorunda direktor müavini kirvəsidir, onun pul yığanıdır. Ümumiyyətlə, direktor müavinləri, kitabxanaçı, bir çoxları onun adamıdır. Mən bu işin üstünə düşəndə prokurorluqdan qohumlarım var idi, mənə onun sənədlərini göstəriblər. Saxta diplomuna Xankəndində peçat vurulub, üstündə riyaziyyat yazılıb. Çox savadsızdır, inanın 3-cü sinif riyaziyyatı da bilmir. Əmək kitabçası saxtadır. Yazılıb Şamxor (Şəmkir) rayon, üzərində fabrik adı və 1 nömrəli məktəbin peçatı vurulub.  Hamısına baxmışam. Onun bütün işləri fırıldaqdır. Özü də qaçqın deyil. Mən bir çox yerlərə yazmışam. Təhsil şöbəsi yenə onun arxasında durdu. Yazılırdı araşdırıldı, yoxlanıldı. Heç nə araşdırılmayıb. O gün iclasda 4 nəfər Təhsil şöbəsindən gəlmişdi. Yalandan gəldilər hay-huy... Sonra direktor  müəllimlərə deyib ki, məni başçı çağırdı dedi get, yaxşı işlə, sənin kimi yaxşı direktor yoxdur. 

Rus dilini bilməyən müəllimə rus sektorunda dərs  verirlər. Qırmızı diplomla bitirənlər var. Sevinc adında qız 43 bal toplayıb onun yerinə yenə öz adamlarını gətirib qoyub. Bir sözlə, bu məktəb dəhşətdir”. 

AZXEBER.COM xəbər verir ki, ittihamlarla bağlı məktəbin direktoru Gülsabah Abbasova "Yeni Sabah”a açıqlamasında bildirib ki, deyilənlər hamısı şər-böhtandır: "Regiondan, Təhsil şöbəsindən, polislər gəldi. Məktəbimizdə araşdırma aparıldı, izahat verildi. 6-cı gün Təhsil şöbəsinin, qəsəbənin ziyalıları, valideynlər və müəllimlərlə iclas keçirildi. Bizim məktəbə bir nəfər  böhtan atır. Müxalif fikirli insanlar, məktəbin inkişafını qəbul etməyənlərdir. Orada valideyn şikayəti yoxdur, yalan və böhtandır. 

Tədbir də son naliyyətlərimizlə bağlı idi, kollektiv gedib məni də ora dəvət etmişdi. Valideyn iclası çağırdıq orada həmin adamın adı çəkilib. Təhsil şöbəsi də, regiondan da bilirlər kimdir. Mən bilmirəm hansı  xəstə, müxalifdi, dövlətin, inkişaf etmiş məktəbin əleyhinə gedirsə, sizə məlumatları verən də o insandır. Hamı bilir ki, kimdir o xəstə, manyak adamdır. Mənim onunla, məktəbdə heç kimlə problemim yoxdur. Sadəcə  kənarda kimlərsə qruplaşıb o adamı qabağa atıblar ki, məktəbə böhtan at. 

Ona cavab verəcəyik. İclas keçirmişik, bildirmişik kimdir. 2003-cü ildən o adam məktəbdən yazır-pozur. Bizim gözəl kollektivimiz, müəllimlərimiz, istedadlı şagirdlərimiz var. Rayonun birinciləri sırasındayıq”. 

Bildirək ki, bundan öncə də direktorun vəzifəsinin 5 illiyi ilə əlaqədar ziyafət təşkil etdiyi və ziyafətin pulunu müəllimlərdən yığdığı bildirilmişdi. Bundan başqa  sinif otağında məktəbdən qovulmuş oğlanla məktəbin şagirdi olan qızın videosu da səs-küy yaratmışdı.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
UFC əfsanəsi Bakıya heyran qalıb: "Sadəcə, inanılmaz bir yerdir, möhtəşəm memarlığı var"
17:20 23.06.2025
UFC əfsanəsi Bakıya heyran qalıb: "Sadəcə, inanılmaz bir yerdir, möhtəşəm memarlığı var"
Bəhruz Səmədova 15 il həbs verildi
16:53 23.06.2025
Bəhruz Səmədova 15 il həbs verildi
Azərbaycanda ömürlük məhkumların sayı artıb - STATİSTİKA
16:49 23.06.2025
Azərbaycanda ömürlük məhkumların sayı artıb - STATİSTİKA
Dövlət Xidmətindən genişmiqyaslı məlumat sızması ilə əlaqədar XƏBƏRDARLIQ
16:45 23.06.2025
Dövlət Xidmətindən genişmiqyaslı məlumat sızması ilə əlaqədar XƏBƏRDARLIQ
ASGA Minsk şəhərində Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində növbəti tədbirini reallaşdırdı - FOTOLAR
16:42 23.06.2025
ASGA Minsk şəhərində Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində növbəti tədbirini reallaşdırdı - FOTOLAR
Elarizin qızı məhkəməyə çağırıldı
16:37 23.06.2025
Elarizin qızı məhkəməyə çağırıldı
Müharibəyə görə Azərbaycanda hansı məhsullar bahalaşacaq? - VİDEO
16:35 23.06.2025
Müharibəyə görə Azərbaycanda hansı məhsullar bahalaşacaq? - VİDEO
"Bizim publika buna hazır deyildi" - Aqil M.Quliyevin 10 illik layihəsi
16:35 23.06.2025
"Bizim publika buna hazır deyildi" - Aqil M.Quliyevin 10 illik layihəsi
Qaxın icra başçısının səlahiyyətlərini icra edən şəxs məlum oldu
16:29 23.06.2025
Qaxın icra başçısının səlahiyyətlərini icra edən şəxs məlum oldu
Qəzzada həlak olanların sayı 55 min 998-ə çatdı
16:24 23.06.2025
Qəzzada həlak olanların sayı 55 min 998-ə çatdı
"O boyda faciədən sonra sənətə onlara görə qayıtdım" - Xalq artisti
16:19 23.06.2025
"O boyda faciədən sonra sənətə onlara görə qayıtdım" - Xalq artisti
Peskov: “İrana yardım Tehranın ehtiyaclarından asılı olacaq”
16:16 23.06.2025
Peskov: “İrana yardım Tehranın ehtiyaclarından asılı olacaq”
İran ABŞ-ni təhdid etdi: 50 min əsgərinizi tabutda geri göndərəcəyik
16:13 23.06.2025
İran ABŞ-ni təhdid etdi: 50 min əsgərinizi tabutda geri göndərəcəyik
Netanyahunun arvadından İran xalqına müraciət: “Biz sizin düşməniniz deyilik”
16:11 23.06.2025
Netanyahunun arvadından İran xalqına müraciət: “Biz sizin düşməniniz deyilik”
Əsgərin 40 dərəcə hərarəti olubmuş... - Ölümü ilə bağlı həbs edilən var
16:00 23.06.2025
Əsgərin 40 dərəcə hərarəti olubmuş... - Ölümü ilə bağlı həbs edilən var
Bakıda "Grandmart" işçiləri arasında dava: Müdir işçini ürəyindən bıçaqladı
15:32 23.06.2025
Bakıda "Grandmart" işçiləri arasında dava: Müdir işçini ürəyindən bıçaqladı