"Hamı kimi biz də gözləyirik" - Pilotun qohumu

SOSİAL
15:23 26.12.2024
245
"Bizim prosedurların necə olacağından məlumatımız yoxdur, hələ ki, gözləyirik". 
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında dünən baş verən təyyarə qəzasında həyatını itirən pilot İqor Kşnyakinin yaxını deyib.
 
"Nəşin Azərbaycana nə zaman gətiriləcəyi haqda dəqiq bir məlumatımız yox idi. Amma dedilər bu gün günün ikinci yarısında gətiriləcək. Proseslər davam edir. Hamı kimi gözləyirik. Yana xanım (İqor Kşnyakinin həyat yoldaşı. red) təəssüf ki, telefonlara cavab verə bilmir. Hamımız çox üzgünük" deyə o bildirib.
 
Təyyarə qəzasında həyatını itirən pilot İqor Kşnyakinin həyat yoldaşı Yana Vilkova ilə olan fotosunu təqdim edirik:

 Aysel Hacızadə

 


OXŞAR XƏBƏRLƏR