Hamı Putini axtarır – Yenə yoxa çıxdı

Hamı Putini axtarır –  Yenə yoxa çıxdı
SİYASƏT
17:58 07.07.2016
1821

Rusiya prezidenti Vladimir Putini sonuncu dəfə publika qarşısında iyulun 1-də Finlandiyaya səfəri zamanı görüblər və həmin gündən etibarən onun harada olduğu açıqlanmır. Hərçənd ki, “qeybə çəkilən” Putin iyulun 7-də axşam ABŞ prezidenti Barak Obama ilə telefon danışığı aparıb. Tərəflər Suriya, Ukrayna və Qarabağ məsələsini müzakirə ediblər.

Bundan əvvəl də Putin arabir (əsasən yay aylarında) harasa “qeyb olurdu” və dərhal onun barəsində ən müxtəlif şaiyələr yayılırdı. Hətta ötən il Putin bu cür “qeyb olanda” onun hərbi çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırıldığı haqda şaiyələr də yayılmışdı.

İndi Putin təxminən bir həftəlik “yoxa çıxmadan” sonra ABŞ prezidenti ilə telefon danışığı aparsa da yaxın bir həftə ərzində Rusiyanın regionlarına planlaşdırdığı üç səfəri təxirə salıb. Bu haqda Kremlə yaxın mənbələr RBC agentliyinə bildirib.

Söhbət Altay, Yakutiya və Novqorod vilayətlərinə əvvəlcədən planlaşdırılmış səfərlərdən gedir. RBC xatırladır ki, Putin publika qarşısında sonuncu dəfə iyulun 1-də Finlandiyada görünüb.

Putinin sözçüsü Dmitri Peskov isə deyib ki, həmin səfərlər anons edilməmişdi, ancaq “təxmin olunan onlarla tədbir” arasında idi.

Məlumata görə, Putin iyulun 5-də Dövlət Şurasının rəyasət heyətinin iclasında iştirak etməliydi, ancaq tədbir təxirə salınıb. Yakutiyada isə iyulun 6-da “Asiya Uşaqları” oyunarının açılışı və Rusiya Xalq Cəbhəsinin regionlararası konfransı olmalıydı, həmin tədbirlərdə Putinin iştirakı da nəzərdə tutulmuşdu.

Novqorod vilayətində isə Putin “Akron” istehsalat birliyinə baş çəkməli idi. Bu tədbir də təxirə salınıb. “Vedemosti” də Putinin proqramlarının təxirə salındığını təsdiqləyir. Qəzetə məlumat verən mənbə xüsusən Dövlət Şurasının rəyasət heyətinin iclasının təxirə salınmasını “gözlənilməz” hesab edib.

Yakutiya prezidenti Yeqor Borisov isə Putinin bu respublikaya səfərinin təxirə salınmasını “dramatikləşdirməməyə” çağırıb.

“Prezident iyulun əvvəllərində nəzərdə tutulmuş qrafikində dəyişiklik edib, onun özünün qrafiki var, bəzən dəyişə bilir”-Borisov deyib.

(virtualaz.org)

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
15:16 07.06.2025
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
15:09 07.06.2025
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
14:50 07.06.2025
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
14:33 07.06.2025
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
Dilarə Kazımova xalçaya büründü
14:15 07.06.2025
Dilarə Kazımova xalçaya büründü
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
13:55 07.06.2025
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
13:46 07.06.2025
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
13:33 07.06.2025
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
13:13 07.06.2025
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
12:45 07.06.2025
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
12:35 07.06.2025
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
12:21 07.06.2025
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
12:12 07.06.2025
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR
12:00 07.06.2025
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır
11:53 07.06.2025
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır
“TikTok”da səhifəyə kredit üçün yazdı, öz pulundan da oldu- VİDEO
11:48 07.06.2025
“TikTok”da səhifəyə kredit üçün yazdı, öz pulundan da oldu- VİDEO