Hamilə arvadını 18 bıçaq zərbəsi ilə öldürdü, həbs cəzası verilmədi - VİDEO

Hamilə arvadını 18 bıçaq zərbəsi ilə öldürdü, həbs cəzası verilmədi - VİDEO
SOSİAL
18:42 14.10.2021
715
2020-ci il aprelin 29-da daxil olan məlumat əsasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşları Qobu qəsəbəsi, "Xoş gəldin” yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə üzərində çoxsaylı bıçaq xəsarətləri ilə Leyla Bəkirovanın meyitini aşkar ediblər.

Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Təqsirləndirilən şəxs qismində qadının həyat yoldaşı Anar Bəkirov dindirilib. O bildirib ki, doğulduğu Ağsu rayonundan Bakı şəhərinə köçüb və əvvəl şadlıq evində xidmətçi işləyib, daha sonra şəxsi iş qurub. 2014-cü ildə sosial şəbəkədə Leyla adlı qızla tanış olub. Telefonda səsini eşidəndə qızın əmisi nəvəsi olduğunu bilib. Bir müddət görüşəndən sonra 2017-ci ildə ailə qurublar və nikahdan qızları dünyaya gəlib. 

Qardaşı Elvin ona Qobu qəsəbəsində həyət evi alıb. Hadisə baş verən tarixədək həmin ünvanda yaşayıblar. 2020-ci ilin əvvəllərində Leyla ona ikinci uşağa hamilə olduğunu deyib. Bu barədə ailə üzvləri və qohumları da bilib. 

Aprelin 29-da, axşam Leylaya başını yumaq üçün su qoymasını tapşırıb. Başını yumaq istəyərkən yoldaşından su tökməsini xahiş etdikdə həyat yoldaşı "hər şeyi mən edirəm, sən heç nə etmirsən” deyib. Həmin vaxt Leyla otaqda qızını ayaqları üzərində yellədərək yatırmaqla məşğul olub. Həyat yoldaşının hərəkətlərindən əsəbiləşərək mətbəxdən götürdüyü bıçaqla onu ürək nahiyəsindən bıçaqlayıb. Bundan sonra etdiyi hərəkətlər barəsində qardaşı Elvinə məlumat verib.

Anar Bəkırov əlavə edib ki, ailə qurduqları ilk vaxtlar münasibətləri yaxşı olsa da, sonradan aralarında mübahisələr yaranıb. Son vaxtlar narkotik vasitə olan marixuana və metamfetamin qəbul edib. Bu barədə həyat yoldaşı və ailə üzvlərinin məlumatı olub.

Təyin edilən kompleks stasionar məhkəmə-psixoloji ekspertizasının rəyinə əsasən, Anar Bəkirov cinayət əməlini törədərkən hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmayıb. Onun əməli Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşüb.

Məhkəmə narkoloji ekspertizasının rəyinə görə, Anar Bəkirovda psixoaktiv maddələrin müştərək qəbulu nəticəsində asılılıq sindromu aşkar edilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsi qərara alıb ki, Anar Bəkirov ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətdiyi üçün cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin..
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
17:52 17.09.2025
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
17:45 17.09.2025
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
17:36 17.09.2025
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
17:27 17.09.2025
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
16:59 17.09.2025
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
16:52 17.09.2025
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
16:43 17.09.2025
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
"Survivor" Ayşe ərə gedir - VİDEO
16:35 17.09.2025
"Survivor" Ayşe ərə gedir - VİDEO
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
16:23 17.09.2025
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
16:16 17.09.2025
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
16:07 17.09.2025
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
16:06 17.09.2025
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
16:04 17.09.2025
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”
15:59 17.09.2025
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”
Maaşımızdan 14% vergi tutulacaq - Pensiya yığımları azalacaq
15:58 17.09.2025
Maaşımızdan 14% vergi tutulacaq - Pensiya yığımları azalacaq
Bank of Baku istiqrazlarını alın - illik 13% GƏLİR QAZANIN
15:44 17.09.2025
Bank of Baku istiqrazlarını alın - illik 13% GƏLİR QAZANIN