Hamilə arvadını döyən məşhur futbolçunu efirə buraxmadılar - VİDEO

DÜNYA
14:43 04.05.2016
1713

Türkiyənin tanınmış futbolçusu İbrahim Toraman aparıcısı olduğu kanaldan uzaqlaşdırılıb.

AZXEBER.COM xəbər verir ki, keçmiş futbolçunun həyat yoldaşı Eylem Toraman məhkəməyə müraciət edərək, ərinin onu hamilə olduğu zaman döydüyünü iddia edib. E.Toraman 5 milyon TL təzminat istəyərək, boşanma tələbi irəli sürüb.

İddialar ortaya çıxandan sonra, keçmiş futbolçunun aparıcılıq etdiyi 360 TV-dəki proqramı bağlanıb. Futbolçu haqqında çıxan iddiaların heç birini qəbul etməyərək, boşanmaq istədiyi üçün həyat yoldaşının bu vasitəylə onu şantaj etdiyini deyib.

OXŞAR XƏBƏRLƏR