Hamilə olan azərbaycanlı müğənniyə sevgi etirafı - FOTOLAR
MAQAZİN
20:16 08.09.2012
6278
Ötən gün keçirilən tədbirlərin birində Günel Məhərrəmova maraqlı və təəccüblü görüntülərə səbəb olub.Müğənninin küsülü olduğu keçmiş prodüseri Pərviz Fəqanla birlikdə tədbirə gəlməsi diqqət çəkib. Cütlüyün tədbir zamanı yan-yana əyləşməsi təəccüblə qarşılanıb.Qeyd edək ki, müğənni 2010-cu ildə ailə qurduqdan sonra yaradıcılıq işlərində fasilələr yarandığından prodüseri Pərviz Fəqanla iş birliyinə son qoydu. Bundan başqa, müğənni və prodüser müsahibələrində bir-birlərini sevdiklərini deyiblər."Mən onu sevirəm. Amma, əlbəttə ki, dost, qardaş kimi. Pərviz mənə hər şeydə kömək edir, layihələrimin reallaşdırılmasında ciddi dəstək verir. Mən subayam və hər kəsdən xahişim budur ki, adımı Pərvizlə və ya digər kişilərlə yanaşı çəkməsinlər", - bu sözləri G.Məhərrəmova toyuna az müddət qalmış söyləyib.Amma P.Fəqan G.Məhərrəmovanın toyundan sonra hamiləlik dövründə onu sevdiyini etiraf edib."Düzdür, mən müğənni Günel Məhərrəmovanı sevmişəm. Amma Günel ilə ailə qurmağımıza hər ikimizin ailələri razı olmadı. Günel ailə qurub və hazırda da hamilədir", - prodüser bildirib.