İraq sakini 13 uşağa birdən hamilədir.
Publika.az-ın məlumatına görə, bunu tibbi testlər də sübut edir.
İraqda 40 yaşlı qadın 13 uşağa hamilədir. O, 24 ildir ki, evlidir və indiyə qədər yeddi uşaq dünyaya gətirib. Qadının Fadhi Əl Azaui adlı həyat yoldaşı deyib ki, arvadı bir neçə il uşaq sahibi olmadığından o, 2012-ci ildə daha bir qadınla evlənib. Sonradan isə qadın yeddi uşaq dünyaya gətirib.
Lakin həkimlər uşaqların hamısının dünyaya sağlam gələcəyinə inanmırlar. Uşaqlardan dördünün artıq ana bətnində öldüyü deyilir. Digərləri isə sağlamdır.