Hamilə qadının qarnını yarıb ...

DÜNYA
16:34 19.03.2015
2553
Amerikada qan donduran hadisə baş verib. Kolorado ştatında hamilə qadının qarnı yarılıb.Yerli mətbuatda yer alan məlumata görə, dəhşətli hadisə Lonqmont şəhərində yaşayan 7 aylıq hamilə qadının başına gəlib.26 yaşlı qadın bir saytda görüb bəyəndiyi körpə paltarlarını almaq üçün ünvanı verilən evə gedib. Burada onu 34 yaşlı qadın qarşılayıb. Hücuma məruz qalan hamilənin qarnı yarılaraq körpəsi oğurlanıb.Yaralı qadın ağır vəziyyətdə polisdən kömək istəyə bilib. O dərhal xəstəxanaya çatdırılıb.Polisn məlumatına görə, cinayətdə şübhəli qismində saxlanılan qadın körpənin öldüyünü görəndə xəstəxanaya gələrək düşük baş verdiyini deyib. Lakin körpənin həyatını xilas etmək mümkün olmayıb. Ananın qarnını yaran şəxs dərhal saxlanılıb.Adı açıqlanmayan qadının özünün iki uşağı var. Onun əqli cəhətdən qüsurlu olduğu istisna edilmir.
OXŞAR XƏBƏRLƏR