Azərbaycanın önəmli Estetik və Plastik cərrahlarından biri, Uzm. Dr. Mircəfər Seyidin müsahibəsin sizlərə təqdim edirik.
Hazırda Azərbaycanın çox önəmli Estetik və Plastik cərrahlarından biri, Uzm. Dr. Mircəfər Səyidin ….. saytına müsahibəsin sizlərə təqdim edirik.
Uzm. Dr. Mircəfər Seyid kimdir?
Estetik və Plastik cərrahiyyə uzmanı Op.Dr. Mircəfər Seyid Mirsəməd oğlu, 12.10.1984-cü ildə Naxçıvan M.R. Şərur rayonunda anadan olmuşdur. 1990- 2001-ci ildə orta məktəbi bitirmişdir.
2001-2007-ci illərdə Azərbaycan Tibb Universitetinin 1-ci müalicə profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildə Türkiyə Cümhurriyəti İzmir şəhərində uzmanlıq təhsili öncəsi hazırlıq keçmiş, 2008-ci ildə Ege Universiteti Plastik, Estetik və Rekonstruktiv cərrahiyyə kafedrasında uzmanlıq təhsilinə başlamışdır.
İxtisas müddətində, 2013-cü ildə Amerika Birləşmiş Ştatlarında ’’Cliveland’’ klinikasında Prof. Dr. Mariya Semyonovanın rəhbərlik etdiyi ‘’Üz Transplantasiyası’’, ’’Kompozit Toxuma köçürülməsi və Mikrocərrahiyyə’’ şöbəsində ixtisaslaşma keçərək fəxri diplom ilə təltif olunmuşdur. 2013-cü ildə Amerika Birləşmiş Ştatları ’’New York’’ əyalətində keçirilən ’’Endoskopik Üz Gəncləşdirmə, Bədən və Süd vəzi Estetikası’’ üzrə canlı cərrahiyyə çalışmalarına dəvət edilmışdir. Uzmanlıq təhsili müddətində Türkiyə və Türkiyədən kənar digər ölkələrdə onlarla kurs və konqreslərdə məruzəçi və iştirakçı olaraq iştirak etmişdir. Ölkəxarici elmi jurnallarda ’’burun estetikası’’, ’’kompozit toxuma transplantasiyası’’, ’’toxumalarda işemiya reperfüya zədələnmələrinə’’ aid elmi məqalələri dərc olunmuş və dərc olunmaqda olan məqalələri mövcuddur.
Həkim seçərkən nələrə diqqət etməlisiniz?
Həkim seçimi, həyatınızda alacağınız ən vacib qərarlardan biridir. Nəticə olaraq özünüzü əmanət edəcək insanı seçəcəksiniz. Doğru həkimi seçmək, istədiyiniz nəticəni almaq üçün ən vacib addımdır. Bu səbəbdən, olunmağı istədiyiniz əməliyyatı ən doğru həyata keçiren cərrahı seçmek üçün zaman ayırmaq məcburiyyətindəsiniz.
Həkim səçmək üçün ən doğru üsullardan biri, bu əməliyyatı daha öncə olunan pasientlərdən məlumat almaqdır. Xəstəxanada fəaliyyət göstərən tanışınız varsa onlarla da məsləhətləşə bilərsiniz. Həkim haqqında ən doğru melumatı, əməliyyatxana tibb işçilərindən və anesteziya işçilərindən ala bilərsiniz.
Sizcə ideal burun əməliyyatı necə olmalıdır? Burun ucu əməliyyatı nədir? Təkrar burun əməliyyatı ilə çoxmu rastlaşırsınız?
Dünyada 6-7 milyard əhali yaşadığını nəzərə alsaq ve bu əhali kütləsinin hər birində burun əməliyyatı icra edərsək, 6-7 milyard fərqli texnika istifadə etməli olarıq. Estetik burun əməliyyatı zamanı öncə burnun ayrı- ayrılıqda elementlərini öz aralarında, sonra üzdə olan orqanlarla harmoniya əmələ gətirilməlidir.İdeal burun əldə etmək üçün əməliyyat öncəsi sefalometrik analiz tətbiq edilib milimetrik incələmə aparılarsa, əməliyyat sonrasında istənilən nəticə alınması qaçınılmazdır. Bu incələmədə sadəcə burun deyil, eyni zamanda üzdə olan digər orqanlar incələnib, ehtiyac olarsa eyni əməliyyatda digər problemlər də həllini tapa bilər. Estetik ve plastik cərrahiyyədə bunun adına Profiloplastika deyilir. Nəticədə ideal burun mənim fikrimcə gözəl olan, gözəl olduğu qədər üzə yaraşan, insanın həyat keyfiyyətlərini pozitiv yöndə dəyişən, təbii görünən vəən əsası əməliyyat keçirildiyi bəlli olmayan burunlardır.
Burun ucu estetik baxımdan çox vacibdir. Bu nahiyənin diametri ve bucaqları üz ifadəsinin təyin edicisidir. Burun ucu estetik əməliyyatı burunu əmələ gətirən sümüklərdə her hansı bir problem olmadıqda, sadəcə burun ucundakı qığrdaqlara və burun qanadlarına müdaxilə edilərək icra olunan estetik əməliyyatdır.
Müxtəlif mənbələrdən olan məlumata görə rinoplastika əməliyyatından sonra 3-5% ehtimallıqla kiçik cərrahi müdaxilələrə ehtiyac yarana bilər, ama çox təəssüf ki bu say Azərbaycanda qat-qat daha çoxdur.
Süd vəzi kiçiltmə və böyütməəməliyyatlarından sonra süd verilə bilərmi? Süd vəzi əməliyyatlarından sonra şiş xəstəliklərinin əmələ gəlmə ehtimalı varmı? Süd vezi böyütmə və dikləşdirməəməliyyatlarından sonra iz qalarmı?
Bütün estetik süd vəzi əməliyyatlarında süd yolları qorunduğu üçün, əməliyyat keçirməyən qadınlar kimi süd verə biler. Amerika ve Avrodada aparılan elmi araşdırmalar göstərmişdir ki, süd vəzi implantı qoyulan qadınlarda, əməliyyat keçirməyən qadınlarla müqaişədə onkolojik xəstəlik olma ehtimalı daha azdır. Bunun səbəbi süd vəzi böyütməəməliyyatına məruz qalan qadınlarda süd vəzi toxumasının az olmasıdır. Süd vəzi kiçiltməəməliyyatında onkolojik proseslərin əmələ gəlmə ehtimalının daha az olmasının səbəbi, əməliyyat zamanı süd vəzide olan artıq toxumanın əməliyyat yolu ilə kənarlaşdırılmasıdır. Süz vəzi böyütmə və implant ilə dikləşdirməəməliyyatı süd vəzi giləsi ətrafi (periareolyar) və endoskop köməyi ilə qoltuq altından qoyularsa iz qalmamaqdadır.
Qarın gərməəməliyyatından sonra hamilə qalmanın risqi varmı? Bu əməliyyatlardan sonra neçə müddətə iş qabiliyyəti bərpa olunur?
İnsan orqanizmi, yer çəkimi, həddindən artıq kökəlib arıqlamaq, qadınlarda hamiləlik və yaşlanmanın tə’sirindən müəyyən dəyişikliklərə məruz qalır. Bu kimi problemləri aradan qaldırmaq üçün Liposuction (kəsik aparmadan piylerin çıxardılması), abdominoplastika (qarın gərmə), qol gərmə, tigh lift (bud gərmə), total body lift kimi estetik cərrahi müdaxilələrə baş vururuq. Əməliyyat öncəsi muayinə zamanı bu müdaxilələrdən hansına ehtiyacı olduğu pasient ilə birlikdə qərar veririk. Unutmamaq lazımdır ki bütün estetik əməliyyatlar lüks və istəyə bağlıdır və doğru icra olunarsa insan orqanizmi üzərində heç bir ziyanı yoxdur . Qarın gərməəməliyyatından 1 il sonra hamilə qalına bilər. Əksər əməliyyatlardan 1 həftə sonra əmək qabiliyyəti bərpa olunur.
Estetik əməliyyatların qiyməti nəyə görə hesablanır?
əməliyyat qiymətinə təsir edən ünsürlərə istifadə olunan avadanlıq və material, əməliyyatın davam etmə müddəti, anesteziyanın çeşidi ve əməliyyatı icra edən cərrahın sərişdəsi ve tecrübəsi daxildir.