Hamilə qadınlar hansı hallarda oruc tuta bilər?

Hamilə qadınlar hansı hallarda oruc tuta bilər?
MARAQLI
20:10 26.02.2025
1686
Ramazan ayı yaxınlaşdıqca tez-tez "Hamiləlik dövründə oruc tutmaq sağlamlıq üçün riskli ola bilərmi?" sualı ilə rastlaşırıq.
 
Hamiləlik dövründə yaxşı qidalanma və kifayət qədər maye qəbulu çox vacibdir. Uzun saatlar ərzində ac və susuz qalmaq ana və körpənin sağlamlığına mənfi təsir göstərə bilər.
 
Hamiləlik dövründə oruc tutmaq sağlamlıq vəziyyətindən və həkimin tövsiyələrindən asılı olaraq dəyişir. İslam dini hamilə qadınların sağlamlıq üçün təhlükə yaratdığı halda oruc tutmamasına icazə verir. Oruc tutmaq istəyən hamilələr bu prosesi həkim nəzarəti altında və diqqətli qidalanaraq etmələri vacibdir.
 
AZXEBER.COM hamiləlik zamanı orucun təsirləri, mütəxəssis rəyləri və nəzərə alınmalı olan məsləhətləri təqdim edir:
 
Həkimlərin məsləhətinə görə ilk 3 ay körpənin orqan inkişafının başladığı ən kritik dövrdür. Bu dövrdə qan şəkərinin aşağı düşməsi, ürəkbulanma və qusma kimi problemlər tez-tez baş verə bilər. Yanlış qidalanma və susuzlaşdırma hamiləliyin pozulması riskini artıra bilər. Həkimlər ilk 3 ayda oruc tutmağı məsləhət görmürlər.
 
2-ci Trimestrdə (4-6 Ay) həkim nəzarəti altında oruc tutmaq olar. Körpənin inkişafı davam etdiyi üçün onun qida və maye ehtiyacları yüksək olur. Əgər ana sağlamdırsa və həkimi təsdiq edərsə, ehtiyatlı pəhriz şərtləri ilə oruc tutmaq olar. Ancaq uzun müddət ac qalmaq dəmir çatışmazlığına və aşağı təzyiqə səbəb ola bilər.

3-cü trimestrdə (7-9 ay) isə ümumiyyətlə oruc tutmaq tövsiyə edilmir. Körpənin ən sürətli böyüdüyü dövr olan bu zaman dilimində qida ehtiyacları ən yüksək səviyyədədir. Buna görə də anada zəiflik, anemiya ola bilər ki, bu səbəblə də həkimlər 7-ci aydan sonra oruc tutmağı zərərli hesab edirlər.
 
Aysel 



 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik