Hamilə qadınlar hansı hallarda təyyarədən istifadə edə bilər?

SAĞLAMLIQ
00:02 18.09.2015
3351

Qadınların hamiləlik dövründə uçuşlardan istifadə etməsi mövzusu bir çox suallar doğurur.

Bəziləri iddia edirlər ki, hamilə qadınlar hamiləliyin istənilən dövründə rahat şəkildə istənilən yerə yola düşə bilərlər. Digərləri isə özünü sığortalayaraq aviadaşıyıcıların xidmətlərindən istifadə etmirlər.

Uçuşa buraxılış

Aviabiletin alınması və yerin bronlaşdırılması zamanı aviaşirkətlə hamilə və doğuşdan sonrakı qadınların daşınmasını əvvəlcədən razılaşdırmaq lazımdır. Hər bir aviaşirkətdə hamilə və doğuşdan sonrakı qadınların daşınmasını tənzimləyən qanun külliyyatı var.

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) "Sərnişin, baqaj və yükün daşınması qaydaları"na uyğun olaraq, hamilə qadınların - hamiləlik müddəti 32 həftədən artıq olan və doğuşdan sonrakı qadınların - doğuşdan sonra 7 gün ərzində - reyslərlə daşınmasına icazə verilmir.

Hamiləlik müddəti 26 həftəyədək olan sərnişin hamilə qadınların daşınması zamanı aviaşirkətin məsuliyyətdən azad edilməsi barədə bəyannaməni öz əli ilə doldurmalı və imzalamalıdır. 26 həftəyə qədər olan hamiləlik müddəti zamanı isə müalicə edən həkimdən hamiləlik və sağlamlıq haqqında arayış tələb olunmur.

Sərnişinin qeydiyyat zamanı bəyan edilən hamiləlik müddəti 26-dan 32 həftəyədək (daxil olmaqla) təşkil edirsə, onun öz əli ilə doldurduğu və imzaladığı aviaşirkəti məsuliyyətdən azad edən bəyannamədən başqa, hamiləlik və sağlamlıq haqqında arayış təqdim etmək lazımdır. Arayış tibb müəssisəsində rəsmiləşdirilməli və sərnişini müalicə edən həkimin möhürü ilə təsdiq edilməlidir. Arayışda hamiləliyin müddəti, onun növü (1 və ya çoxdöllü), hamiləliyin gedişinin xarakteri (normal, çətin) və hamiləliyin patologiyasının olmaması, uşaq salma riski və ya erkən doğuşlar barədə məlumat olmalıdır.

AZAL hamilə qadını daşımaya operatoru olduğu təyinat nöqtəsinədək qəbul edir. Lakin şirkət digər operatorun hamilə qadını daşımaqdan imtinasına görə məsuliyyət daşımır. Buna görə də sizi bir neçə aviaşirkətlə uçuş gözləyirsə, xidmətlərindən istifadə etdiyiniz hər bir şirkətin hamilə qadınların daşınması qaydaları barədə məlumat alın.

Məsələn, "British Airways", "Easyjet", "British European", KLM, "Air New Zealand"-ın xidmətlərindən istifadə edirsinizsə, mübadilə kartını və tibbi rəyi (uçuşdan 7 gündən tez olmayaraq əldə edilmiş arayış) təqdim etməlisiniz. Digər tərəfdən, bu aviaşirkətlərin qaydalarına əsasən hamiləliyin 36 həftəsindən sonra və çoxdöllülük zamanı uçuş qadağan edilir. Nümunə üçün, "Iberia" aviaşirkətinin xidmətlərindən istifadə edirsinizsə, sizə yalnız arayış lazım olacaq və bununla yanaşı, aviaşirkətin müddət üzrə heç bir məhdudiyyəti yoxdur. "Türk Hava Yolları" isə hamiləlik müddəti 28 həftəni ötmürsə, hamilə qadınlara uçuşa icazə verir.

Faydalı məsləhətlər

Hamiləlik dövründə uçuş haqqında fərdi tövsiyələr almaq üçün hamiləliyinizi aparan həkimlə məsləhətləşin;Xidmətlərindən istifadə etməyi planlaşdırdığınız aviaşirkətdən hamiləliyin müddəti ilə bağlı uçuşlara məhdudiyyətlərin olması, eləcə də təqdim edilməli olan sənədlər barədə məlumatı dəqiqləşdirin;Özünüzlə ilkin ehtiyac duyulan əşyaları götürün. Boyun üçün yastıq götürməyi unutmayın;Qan dövranını yaxşılaşdırmaq və şişi kiçiltmək üçün uçuş zamanı kiçik fiziki təmrinlər edin;Susamamaq üçün daha çox su için;İstədiyiniz zaman asan çıxara biləcəyiniz rahat, yumşaq ayaqqabı geyinin;Təhlükəsizlik kəmərindən istifadə edin, çünki hava turbulentliyi ciddi travmaya səbəb ola bilər. Təhlükəsizlik kəməri həmişə qarının altından bağlanmalıdır. (qadinklubu.az)

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir