Rumıniyalı bir qadının sosial şəbəkədə yazdığı elan hamının marağına səbəb olub.
ANS PRESS-in məlumatına görə, Rumıniyada yaşayan Adelina Albu adlı 25 yaşlı qız “Facebook” səhifəsində sosial şəbəkə istifadəçilərinin diqqətini çəkən elan yayımlayıb.
O bildirib ki, hamilə qalmaq üçün bir gecəlik kişi axtarır. O, sonu olmayan münasibətlərlə vaxt itirməkdənsə, belə bir addım atmağa üstünlük verdiyini yazıb.
“Siz əylənin, mən ana olmaq istəyirəm. Aqibəti bilinməyən eşq münasibətlərinə vaxtımı itirmək yerinə, bir gecəlik münasibət üçün pul ödəyirəm” – deyə Adelina statusunda qeyd edib.
Bu iş üçün 500 avro təklif edən xanıma çox sayda ismarışlar gəlsə də, o, bunların heç birini inandırıcı saymayıb. Lakin axtarışından da əl çəkmədiyini deyir.
