Hamilə sevgilisinin başını kəsib, zibil qutusuna atdı

Hamilə sevgilisinin başını kəsib, zibil qutusuna atdı
DÜNYA
15:53 16.06.2022
445
ABŞ-da 22 yaşlı yerli sakin 7 aylıq hamilə olan keçmiş sevgilisini vəhşicəsinə qətlə yetirib.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, hadisə İllinoys ştatının Alton şəhərində baş verib.

Kişi onunla həmyaşıd olan keçmiş sevgilisinin başını kəsib. Bir müddət sonra qadının başı yaşadığı evinin yaxınlığındakı zibil qutusunda tapılıb.

Hazırda şübhəli şəxs qadını və bətnindəki uşağı qəsdən öldürməkdə, insan bədənini parçalamaqda, qətli gizlətməkdə və oğurlanmış avtomobili saxlamaqda ittiham olunur.
OXŞAR XƏBƏRLƏR