Valideyn olmağa hazırlaşan məşhur cütlük Berk Oktay və həyat yoldaşı Yıldız Çağrı Atiksoy alış-veriş mərkəzində görüntülənnib.
AZXEBER.COM xəbər verir ki, Atiksoy hamiləlik xəbərini təsdiqləyərək:
"Bəli, xəbər doğrudur. 2.5 aylıq hamiləyəm. Cinsiyyəti hələ məlum deyil, amma hamiləlik yaxşı keçir. Berk ata olacağını biləndə çox həyəcanlandı. Onu ilk dəfə belə görürdüm. Biz də çoxdan övlad sahibi olmaq istəyirdik. Bu xəbər bizi çox sevindirdi” deyə bildirib.
Berk Oktay ata olmaq xəbəri ilə bağlı hisslərini belə ifadə edib.
"Bu hissi necə izah edim bilmirəm, amma bir neçə gün həyəcandan özümə gələ bilmədim. Hələ ad fikirləşməmişik, istəyirik ki, sağ-salamat yanımıza gəlsin, səbirsizliklə gözləyirik" deyib.
Aysel