Hamiləlikdə ən çox rast gəlinən 6 problem - Bunları etməlisiniz

Hamiləlikdə ən çox rast gəlinən 6 problem - Bunları etməlisiniz
MARAQLI
16:22 10.06.2022
750
Mütəxəssislər hamiləlikdə ən çox rast gəlinən 6 problemdən və onun həllindən danışıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Acıbadem Bakırköy xəstəxanası qadın xəstəlikləri və doğum mütəxəssisi Semavi Ulusoy anaların hamiləlik dövründə yaşadıqları və həyat keyfiyyətini aşağı sala biləcək problemlərin öhdəsindən daha asan gələ biləcəyi nüanslara diqqət çəkib.

O bildirib ki, hormonal təsirlərə görə hamiləliyin başlanğıcında qoxulara qarşı həssaslıq yüksək olur. "Səhər bulanması" kimi tanınan bu şəkil adətən hamiləlik irəlilədikcə yox olur. Ürəkbulanma və qusma problemi əsasən zərərsiz olsa da, kilo itkisinə və maye qəbulunda ciddi məhdudiyyətlərə səbəb ola bilər.

Həkim belə problemlərin qarşısını almaq üçün çoxlu maye içməklə yanaşı bəzi məsləhətlər verib:

1.Qazlı su və mineral su kimi içkilər elektrolit tərkibinə görə özünüzü yaxşı hiss etməyə kömək edəcək.

2.Mədənizi boş tutmamaq üçün kiçik və tez-tez yemək yeməyə çalışın.

3.Oyandığınız zaman ürək bulanması hiss edirsinizsə, qalxmazdan əvvəl qəlyanaltı üçün çarpayınızın yanında krakerlər(çubuq) qoyun. Qan təzyiqinizi sabitləşdirmək üçün yataqda 15 saniyə oturun, sonra ayağa qalxın.

Semavi Ulusoy hamiləlik dövründə ən çox rast gəlinən 6 problemdən də danışıb:

-Kürək, bel ağrısı;
Hamiləlik dövründə bel ağrısı ən çox rast gəlinən problemlərdən biridir. Belə məqamda ayaqlarınızın arasına bir yastıq qoyaraq yan üstə uzanın. Sərt çarpayıda yatmaq yumşaq çarpayıda yatmaqdan daha yaxşı olacaq. Hündürdaban ayaqqabılar belinizi daha çox yüklədiyi üçün alçaqdaban ayaqqabılara üstünlük verin. Daimi məşqlər əzələləri gücləndirməyə və düzgün duruş saxlamağa kömək edəcək.

-Mədə turşuluğu və həzm problemi;
Hamiləlik hormonlarının təsiri ilə mədə divarındakı hamar əzələlərin rahatlaması nəticəsində mədə içindəki maddələr normaldan daha uzun müddətdə bağırsaqlara ötürülür. Buna görə də, mədədə yanma, qaynama, şişkinlik, qaz əmələ gəlməsi, həzmsizlik kimi problemlər yaranır.

-Gün ərzində üç dəfə böyük yemək əvəzinə, daha tez-tez və kiçik hissələrdə yeməklərə üstünlük verin.
Yeməyi hərtərəfli çeynəyin və tələsmədən yavaş-yavaş udun. Unutmayın ki, hamiləlikdən əvvəl mədənizi narahat edən qidalar hamiləlik dövründə sizi daha çox narahat edəcək. Odur ki, hamilə qalmadan əvvəl mütləq bu problemi müalicə edin. Yağlı qidalardan və qızardılmış qidalardan uzaq durun. Şirin, qazlı və meyvəli içkilərdən (portağal suyu, nar suyu kimi) çəkinin. Yemək və yatmaq arasında ən azı 2 saat olmasına diqqət edin.

-Qəbizlik, qaz ağrıları;
Qəbizlik, qaz ağrıları və hemoroid problemləri hamiləlik dövründə hormonal dəyişikliklər və təyin olunan dəmir və vitamin dərmanları səbəbiylə tez-tez yaşana bilər. Hamiləliyin irəliləməsi ilə daha da ağırlaşan və böyüyən uşaqlığın yoğun bağırsaq və çanaqdakı damarlara təzyiqi bu problemlərin yaranmasında mühüm rol oynayır. Bol maye qəbul etməyi vərdiş halına salın. Çox kilo almamağa diqqət edin, çünki bu, bağırsaq hərəkətlərinin azalmasına səbəb ola bilər, beləliklə qəbizlik və hemoroid yarada bilər. Kefir kimi probiyotiklərin qəbulu şikayətlərinizi yüngülləşdirəcək.

-Tez-tez sidiyə getmə, sidik qaçırma;
Hamiləlik dövründə tez-tez sidiyə getmə bir çox səbəbə görə baş verə bilər. Uşaqlıq böyüdükcə sidik kisəsinə təzyiq göstərməyə başlayır, nəticədə sidik kisəsi boş olsa belə tualetə getməyə ehtiyac hiss edir. Qazlı içkiləri, qəhvə və çayı pəhrizinizdən xaric edin, çünki kofein daha çox sidiyə çıxmağınıza səbəb olacaq.

-Sinə böyüməsi və həssaslıq;
Laktasiya dövrünə hazırlıq səbəbiylə estrogen və progesteron ifrazının artması ilə əlaqədar olaraq, hamiləlik dövründə sinə getdikcə böyüyür və daha həssas olur. Bu müddətdə alacağınız tədbirlər həssaslıq və sallanma problemlərinə qarşı təsirli olacaq. Yaxşı oturan və yaxşı dəstəyi olan büstqalterlərdən istifadə edin. Əlavə enli çiyin qayışlı doğum büstqalterləri düzgün seçim olacaq.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məhkəmə Yekaterinburqda saxlanılan Şahin Lalayevin həbs müddətini uzadıb
11:27 02.07.2025
Məhkəmə Yekaterinburqda saxlanılan Şahin Lalayevin həbs müddətini uzadıb
Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…
11:20 02.07.2025
Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…
Reyestrdən keçməyən çap media subyektlərini - 5 min cərimə gözləyir
11:09 02.07.2025
Reyestrdən keçməyən çap media subyektlərini - 5 min cərimə gözləyir
"Belə bir dünyada yaşamaqdan qorxuram" - Nura Suri
11:06 02.07.2025
"Belə bir dünyada yaşamaqdan qorxuram" - Nura Suri
Qəzza xəstəxanalarında elektrik və yanacaq böhranı: Fəlakət qaçılmazdır
11:04 02.07.2025
Qəzza xəstəxanalarında elektrik və yanacaq böhranı: Fəlakət qaçılmazdır
İlqar Səfərov: Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda baş verənlərə hələ ki rəsmi mövqe bildirməyib
11:01 02.07.2025
İlqar Səfərov: Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda baş verənlərə hələ ki rəsmi mövqe bildirməyib
Günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək
10:59 02.07.2025
Günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək
"Çox çalışsam da evimi kredit ilə almışam"- Gülbenden etiraf
10:59 02.07.2025
"Çox çalışsam da evimi kredit ilə almışam"- Gülbenden etiraf
AZAL təyyarəsinin ekspertizasının nəticələri yaxın zamanda açıqlana bilər
10:49 02.07.2025
AZAL təyyarəsinin ekspertizasının nəticələri yaxın zamanda açıqlana bilər
Braziliyada təlim təyyarəsi qəzaya uğradı - iki nəfər ölüb
10:42 02.07.2025
Braziliyada təlim təyyarəsi qəzaya uğradı - iki nəfər ölüb
Boşanma ərəfəsində olan məşhur model yeni sevgilisi ilə görüntülənib
10:40 02.07.2025
Boşanma ərəfəsində olan məşhur model yeni sevgilisi ilə görüntülənib
“Ziyəddin Səfərov hadisə günü Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb”
10:39 02.07.2025
“Ziyəddin Səfərov hadisə günü Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb”
“Bank of Baku”dan ekoloji təşəbbüs: Xəzərin Bilgəh sahilində tullantılar toplanılıb
10:28 02.07.2025
“Bank of Baku”dan ekoloji təşəbbüs: Xəzərin Bilgəh sahilində tullantılar toplanılıb
Şəbnəm Tovuzlu at ilə kamera qarşısına keçdi
10:26 02.07.2025
Şəbnəm Tovuzlu at ilə kamera qarşısına keçdi
Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfərə yola düşüb
10:26 02.07.2025
Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfərə yola düşüb
Zaxarova: “Azərbaycanla aramızı vurmaq istəyənlər çoxdu”
10:11 02.07.2025
Zaxarova: “Azərbaycanla aramızı vurmaq istəyənlər çoxdu”