Hande Harmancı: “Karantin yumşaldılmasından vətəndaşlar sui-istifadə etməməlidirlər”

Hande Harmancı: “Karantin yumşaldılmasından vətəndaşlar sui-istifadə etməməlidirlər”
SAĞLAMLIQ
23:16 05.06.2020
1339
"Pandemiyanı geridə qoyacağıq. Əsas məsələ odur ki, bunu az itki ilə, az xəstə sayı ilə geridə qoyaq”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Azərbaycan Televiziyasının (AzTV) "Koronavirus İnfo” verilişinin "Ekspert rəyi” rublikasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkəmizdəki nümayəndəsi Hande Harmancı deyib. O bildirib ki, əvvəllər də tarixdə böyük pandemiyalar olub: "Həmin pandemiyalar kimi, koronavirus pandemiyası da geridə qalacaq. Sadəcə, əsas məsələ insanların qəbul olunan qaydalara ciddi əməl etməsidir, öz sağlamlıqlarını qorumasıdır. Sosial məsafəni saxlamaq, tibbi maskalardan istifadə etmək, şəxsi gigiyenaya əməl etmək lazımdır. Koronavirus elə bir xəstəlikdir ki, sürətlə yayılır. Çox insanın yoluxmaması üçün dövlətin qəbul etdiyi önləyici tədbirlərə uyğun davranmaq lazımdır”.

"Maska önəmli qoruyucudur. Amma maska təkbaşına koronavirusa yoluxmanın qarşısını almır. Tibbi maska ümumi tədbirlər paketinin bir komponentidir” – deyən H.Harmancı qeyd edib ki, maska taxmaqla yanaşı, digər qoruyucu tədbirlərə də əməl edilməlidir. ÜST rəsmisi tibbi maskaların taxılma, çıxarılma qaydalarını da izah edib. Xüsusi karantin rejiminin vacibliyinə toxunan H.Harmancı, insanların bir yerə toplaşmaması üçün bütün dünya ölkələrinin karantindən, sosial məsafə tədbirlərindən istifadə etdiyini, bunun effekt verdiyini də deyib. 

Azərbaycan dövlətinin pandemiyaya qarşı mübarizə tədbirlərinin səmərəli olduğunu qeyd edən H.Harmancı vurğulayıb ki, Azərbaycan pandemiyanın ilk başlanğıcında vətəndaşın sağlamlığının nə qədər önəmli olduğunu atdığı addımlarla ortaya qoydu: "Bu gün koronavirusa görə 10 modul xəstəxana qurulur, vətəndaşların sağlamlığının qorunması üçün bütün tədbirlər görülür. Görülən tədbirlər yetərli oldu ki, yoluxma sayı 20 nəfərə qədər azalmışdı. Sadəcə yumşalmaya əhali düzgün yanaşmadı. Ölkə üçün iqtisadiyyat da önəmlidir, yumşalma vacibdir. Amma bundan vətəndaşlar sui-istifadə etməməlidirlər, özlərini qorumalıdırlar”.

"Koronavirus İnfo” verilişinin "Ekspert rəyi” rublikasının tam versiyasına mətnin içərisindəki videodan baxa bilərsiniz.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyadan Ukraynaya sərt mesaj: Danışıqlardan imtina etsəniz, vəziyyətiniz daha da pisləşəcək
16:31 24.09.2025
Rusiyadan Ukraynaya sərt mesaj: Danışıqlardan imtina etsəniz, vəziyyətiniz daha da pisləşəcək
Tayland gözəlinin tacı geri alındı
16:16 24.09.2025
Tayland gözəlinin tacı geri alındı
Onlara yeni vəzifə verildi
15:49 24.09.2025
Onlara yeni vəzifə verildi
Azərbaycan “Abraham sazişi”nə qoşula bilər? - Politoloqdan açıqlama
15:45 24.09.2025
Azərbaycan “Abraham sazişi”nə qoşula bilər? - Politoloqdan açıqlama
İran: İsrail və ABŞ-nin hücumları nəticəsində zədələnmiş nüvə obyektləri yenidən qurulacaq
15:26 24.09.2025
İran: İsrail və ABŞ-nin hücumları nəticəsində zədələnmiş nüvə obyektləri yenidən qurulacaq
Adnan Əhmədzadənin müraciət müddəti bitdi: Qərar qüvvədə qaldı
15:12 24.09.2025
Adnan Əhmədzadənin müraciət müddəti bitdi: Qərar qüvvədə qaldı
Bu gün Xalq artistinin oğlunun toyudur
15:09 24.09.2025
Bu gün Xalq artistinin oğlunun toyudur
8 ayda Bakı əhalisi 23 milyarddan çox pul xərcləyib
14:45 24.09.2025
8 ayda Bakı əhalisi 23 milyarddan çox pul xərcləyib
Snoop Dogg Rusiyada özəl gecəyə qatılacaq, 2 milyon gəlir əldə edəcək
14:41 24.09.2025
Snoop Dogg Rusiyada özəl gecəyə qatılacaq, 2 milyon gəlir əldə edəcək
Tanınmış jurnalist vəzifəyə təyin edildi
14:35 24.09.2025
Tanınmış jurnalist vəzifəyə təyin edildi
Kəlbəcərdə “Kəlbəcər Bal Festivalı 2025” tədbiri keçirilir - FOTOLAR
14:27 24.09.2025
Kəlbəcərdə “Kəlbəcər Bal Festivalı 2025” tədbiri keçirilir - FOTOLAR
Naftalanda Vətən Müharibəsi Şəhidi Fərid Adıgözəlovun ailəsi ziyarət olunub - FOTOLAR
14:19 24.09.2025
Naftalanda Vətən Müharibəsi Şəhidi Fərid Adıgözəlovun ailəsi ziyarət olunub - FOTOLAR
“İlkin mərhələdə 15 milyon tondan çox yükün bu marşrut vasitəsilə daşınması nəzərdə tutulur"
14:10 24.09.2025
“İlkin mərhələdə 15 milyon tondan çox yükün bu marşrut vasitəsilə daşınması nəzərdə tutulur"
Bakı metrosunda interval azaldıldı, bəs sıxlıq niyə azalmır? - AÇIQLAMA
13:58 24.09.2025
Bakı metrosunda interval azaldıldı, bəs sıxlıq niyə azalmır? - AÇIQLAMA
Mabel Matizə ölkədən çıxmağa qadağa qoyuldu, konsertləri ləğv olundu
13:47 24.09.2025
Mabel Matizə ölkədən çıxmağa qadağa qoyuldu, konsertləri ləğv olundu
Kanadada TikTok araşdırması: Yüz minlərlə uşağın şəxsi məlumatları toplanır
13:45 24.09.2025
Kanadada TikTok araşdırması: Yüz minlərlə uşağın şəxsi məlumatları toplanır