Türkiyənin məşhur müğənnisi Hande Yener və Yonca Evcemik arasında sosial şəbəkədə başlayan dava məhkəməyə qədər gəlib çıxıb.
Handenin konsertində oxuduğu “Yallah sevgilim” mahnısının “Haberin var mı?” mahnısından oğurlandığını iddia edən Yoncaya Handenin cavabı gecikməyib.
Hande sosial şəbəkədə Yoncanın “Yonca Evcemik 15” adlı albomunun “Burası İstanbul” adlı mahnısının bütünlüklə oğurlandığını açıqlayaraq, müğənnini təhqir edib.
Bunun qarşılığında Yonca Handeni məhkəməyə verib. Məhkəmədən Handenin 2 il 5 ay müddətində həbsi tələb olunur.