"Haniyənin ölümü müharibənin arealını genişləndirəcək"

SİYASƏT
13:15 31.07.2024
431
"HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsi bu gün geniş müzakirə mövzusudur. Birincisi, ona görə ki, Tehranda onun olması və ya gizlədilməsi, o cümlədən İrana arxalanması faktı hamı üçün bəlli oldu".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında politoloq İlyas Hüseynov bu gün İranda sui-qəsd nəticəsində öldürülən HƏMAS lideri İsmayıl Haniyədən danışarkən deyib.
 
Siyasi şərhçi hesab edir ki, baş verən hadisə Fələstin və İranı daha da yaxınlaşdıracaq:
 
"İsrail dəqiq hava zərbəsiylə öz hədəfinə çatıb və bu İranı daha da qəzəbləndirib. Hətta verilən açıqlamalar da bundan ibarətdir ki, baş verən hadisə Fələstin və İran xalqını yaxınlaşdıracaq, birləşdirəcək. Bununla yanaşı, rəsmi Vaşinqtondan da bildirilib ki, İsrailə hücum ediləcək təqdirdə ABŞ İsraili qoruyacaq, müdafiə edəcək, təhlükəsizlik zəmanəti verəcək. Ümumilikdə qeyd etmək lazımdır ki, İsmayıl Haniyənin həm də çox önəmli hərəkata rəhbərlik etməsi və HƏMAS hərəkatının əsas funksionerlərindən biri olması İsrail və HƏMAS arasında gedən müharibəyə təsir göstərəcəkdi. Amma ola bilsin ki, münaqişənin və müharibənin arealı bir qədər genişlənsin. Ola bilsin ki, baş verən hadisə bütün Yaxın Şərqə yayılsın və beləliklə, son dövrlər Türkiyə və İsrail arasında yaranan gərginliyi də nəzərə alaraq bu hadisənin baş verməsi şübhəsiz ki, Yaxın Şərqdə daha geniş və total eskalasiyanı formalaşdıra bilər".
 
Mikayıl Mirzəzadə

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:48 12.02.2025

Britaniya Ukraynaya 150 milyon funt-sterlinqlik hərbi yardım ayıracaq

20:37 12.02.2025

HƏMAS nümayəndə heyəti atəşkəs razılaşmasını müzakirə etmək üçün Qahirəyə gedib

20:24 12.02.2025

Böyük Britaniya fələstinli ailəyə Ukrayna sxemi üzrə sığınacaq verib

20:10 12.02.2025

"Arsenal"ın hücumçusu mövsümü erkən başa vurub

20:02 12.02.2025

Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir?

19:54 12.02.2025

NATO Baş katibi: Ukraynanın Alyansa üzvlüyünün müzakirəsi hələ tezdir

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb