Haniyənin ölümündən sonra HƏMAS-ı kim idarə edəcək? - Üç real namizəd var

Haniyənin ölümündən sonra HƏMAS-ı kim idarə edəcək? - Üç real namizəd var
DÜNYA
12:30 01.08.2024
276
HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən sonra təşkilata kimin rəhbərlik edəcəyi maraq mövzusuna çevrilib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu vəzifə üçün 3 namizədin olduğu məlum olub.
 
İlk namizədin Qəzzadakı HƏMAS-ın lideri Yəhya Sinvar olduğu bəlli olsa da, digər adlar HƏMAS-a əvvəllər rəhbərlik etmiş Xalid Məşəl və Zahir Cabarindir.
 
Xatırladaq ki, İsmayıl Haniyə ötən gün İranın paytaxtı Tehranda iqamətgahında sui-qəsd nəticəsində həlak olub.
 
Onun ölümündən sonra İranda 3 günlük, Fələstində isə 1 günlük milli matəm elan edilib.
  
Qeyd edək ki, Haniyə öldürülən ilk Həmas lideri deyil. Ondan öncə də HƏMAS-ın dini lideri Şeyx Əhməd Yasin Qəzzada məsciddən çıxarkən helikopterdən atılan raketlə öldürülüb. Qətlə yetirilən digər adlar Əbdüləziz Əl Rantisi, Adnan El Gül, Nizar Rayan, Səid Seyyam və nəhayət Salih Aruri olub.

Mikayıl
OXŞAR XƏBƏRLƏR