Hansı ölkədə 140 saniyəyə sürücülük vəsiqəsi almaq olar?

MARAQLI
20:21 13.12.2010
2447

140 saniyəlik vəsiqə...


Onun Gürcüstanda sürücülük vəsiqəsi almasına… cəmi 140 saniyə vaxtı gedib. «Məndə Rusiyanın sürücülük vəsiqəsi var idi. Buna görə prosedur daha bəsit oldu. Şəklimi çəkmələri üçün kameraya baxdım və elektron imza verdim. 2 dəqiqə 20 saniyə və vəsiqə hazırdır. Amma daha da tez ola bilərdi. Belə ki, 10 saniyə soyadımın düzəlişinə getdi - Mihail Podorojansky Mikhail Podorozhanskiy olmalı idi...», - deyə jurnalist təəccübünü ifadə edir.

Podorojanski bildirir ki, sürücülük vəsiqəsi olmayan şəxs üçün də bu proses çox sadədir. Onun vəsiqə əldə etməsinə təxminən 1 saat vaxt lazımdır: sənədlərin qeydiyyatına təxminən 1 dəqiqə, sonradan isə qonşu otaqdakı monitorun qarşısında imtahan. Yarım ərzində 30 suala cavab vermək lazımdır. Bu zaman yalnız 3 səhv etmək olar. Bəs tibbi arayış? Qeydiyyatın aparıldığı orqanın məsul əməkdaşı jurnalistə cavab verir ki, Gürcüstanda buna ehtiyac yoxdur: «Əgər əməkdaşlarımız imtahana gəlmiş şəxsdə şübhəli nəsə hiss etsələr – tutaq ki, onun əli yoxdur, yaxud özünü qeyri-adi aparır, yalnız bu halda həkim çağırılır. Həkim yerindəcə bu şəxsə sürücülük vəsiqəsi verilməsinin mümkün olub-olmadığını müəyyənləşdirir».

Daha sonra təxminən 15 dəqiqə ərzində heç bir növbə-filan olmadan sürücülük qabiliyyəti praktiki şəkildə binanın həyətində yoxlanılır. Bundan sonra təxminən 35 dollar ödəyib sürücülük vəsiqəsini götürürsünüz...


Xüsusi nömrə istəyirsən? Pulunu ödə, dərhal al...

Gürcüstanda maşınların qeydiyyata salınması, çıxarılması, gömrük xidmətlərinin ödənilməsinə də təxminən 15 dəqiqə vaxt sərf olunur. Bəs maşına nömrə nişanı almaq? Əgər siz adi nömrə götürürsünüzsə, sadəcə olaraq, müvafiq pəncərəyə yaxınlaşıb onu alırsınız. Tutaq ki, ad-soyadına uyğun hərflərin yer aldığı, rəqəmləri eyni olan və digər göstəricilərinə görə sifarişli sayılan nömrə almaq istəyən avtomobil sahibi isə sensorlu ekrana yaxınlaşır, arzuladığı nömrəni oraya daxil edir. Bu nömrə artıq mövcuddursa, kompyuter sizə digər versiyaları təklif edir. Yox, nömrə boşdursa, ekranda onun qiyməti görünür. Pulunu ödə, al... Ən bahalı nömrə isə 6000 dollaradır.


Avtomobillər texniki baxışdan keçirilmir...


Gürcüstanda hansısa qurumlar üçün nəzərdə tutulmuş xüsusi «nüfuzlu» nömrələr də yoxdu. Gürcü polislərdən biri bunu təsdiqləyir: «Bizdə hətta polislər üçün də ayrıca xüsusi nömrə yoxdur. Olmaz! Məsələn, mən polis işçisiyəm. Yol hərəkəti qaydasını pozsam və məni saxlayan polisə vəsiqəmi göstərib məni buraxmasını istəsəm, dərhal işdən çıxarılacağam».

Gürcüstanda avtomobillərin texniki baxışdan keçirilməsi kimi prosedur da yoxdur. O, xeyir gətirməkdən daha çox, korrupsiya mənbəyi sayıldığı üçün, ümumiyyətlə, ləğv edilib. //milli.az

 

OXŞAR XƏBƏRLƏR