"Mənə dedilər ki, sən öz soyadına görə qadağalar siyahısındasan. Deyirlər ki, sənin repertuarın, oxuduğun mahnılar yaxşıdı, amma atanın adı ilə yox, soyadın ilə davam etsən daha yaxşı olar".
AZXEBER.COM xəbər verir ki, bu sözləri müğənni Aytac Vidadiqızı deyib.
Sənətçi atasının adından istifadə etməsini bayağılıq adlandıranlara sərt cavab verib:
"Ümumiyyətlə mən müğənnilərə qoyulan qadağaların bu qədər paylaşılaraq yayımlanmasına qarşıyam. Əgər belə bir şey varsa, müğənni ilə, ya da prodüseri ilə əlaqə saxlayıb, özlərinə demək daha məqsədəuyğun olar. Çünki şəxsən mənə adımı o siyahıda görmək xoş deyil. Çüni mən həm öz adıma, həm də atamın adına görə ikiqat məsuliyyət daşıyıram.
Bir təşkilatçı xanım mənə dedi ki, sən öz soyadına görə qadağalar siyahısındasan. Deyirlər ki, sənin repertuarın, oxuduğun mahnılar yaxşıdır, amma atanın adı ilə yox, soyadın ilə davam etməlisən. Bu söz mənə çox ağır gəldi. Mən başa düşə bilmirəm, hansı haqla mənə soyadıma görə qadağa qoyulur? Atam olmasa mən həyatda olmazdəım, heç Aytac kimi tanınmazdım".
Aysel









































