'Hansı ölkə öz torpaqlarından İrana hücum edilməsinə icazə versə, o dövləti də düşmən qəbul edəcəyik'

DÜNYA
14:28 18.04.2012
2234
“İrana hansı ölkənin torpaqlarından hücum edilərsə, o dövləti də özümüzə düşmən sayarıq”. APA-nın məlumatına görə, bunu İranın Quru Qoşunları komandanı, general Əhmədrza Purdastan deyib. O bildirib ki, düşmənləri İrana qarşı yeni cəbhə açacaq vəziyyətdə deyil: “Hansı bölgə ölkəsi öz torpaqlarından İrana hücum edilməsinə icazə versə, o dövləti də düşmən qəbul edib lazımi qarşılığı verəcəyik. İran Silahlı Qüvvələri ölkəmizə qarşı hərbi təhdidləri ciddi qəbul edir və dağıdıcı cavab vermək üçün tam hazırdır”.

OXŞAR XƏBƏRLƏR