Hansı məhsullar ƏDV-dən azad olunub?

Hansı məhsullar ƏDV-dən azad olunub?
İQTİSADİYYAT
15:39 24.01.2022
421
Ölkəmizdə sənayeləşmə siyasətinə uyğun olaraq sənaye parkları və sənaye məhəllələri yaradılır. Hazırda ölkədə 7 sənaye parkı (Sumqayıt Kimya, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Ağdam və Cəbrayıl rayonunda yerləşən "Araz Vadisi İqtisadi Zonası” sənaye parkları) və 5 sənaye məhəlləsi (Hacıqabul, Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələri) mövcuddur.

Sənaye parkları və məhəllələrində sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühiti yaradılıb. Hər bir iş adamı müvafiq tələblərə cavab verən layihəsi əsasında sənaye parkının və sənaye məhəlləsinin rezidenti ola bilər. Bunun üçün sahibkar mövcud layihəsi (biznes plan) ilə sənaye zonalarının idarəedici təşkilatı olan İqtisadi Zonaların İnkişafı Agentliyinə müraciət edə bilər.

AZXEBER.COM xəbər verir ki, "oxu.az" mövzu ilə bağlı məqalə hazırlayıb.

Sənaye parkları və məhəllələrdə dövlət vəsaiti hesabına müasir infrastruktur yaradılır, sahibkarların vəsaitlərini investisiya qoyuluşuna yönəltmələri təmin edilir.

Ölkəmizdə sənaye parkları və məhəllələrin yaradılmasında əsas məqsəd yeni istehsal sahələrinin qurulması, idxalın əvəz olunması, ixrac potensiallı məhsulları istehsal edəcək sənaye sahələri üzrə müəssisələrin yaradılmasıdır.

Sənaye parkları və məhəllələri logistik imkanlar baxımından əlverişli ərazilərdə - əsasən magistral avtomobil və dəmir yolu xətlərinin yaxınlığında yerləşirlər. Bu da onların investorlar üçün cəlbediciliyini şərtləndirən əsas amillərdən biridir.

Sənaye parkları daha çox iri sahibkarlıq subyektləri və iri layihələr üçün, sənaye məhəllələri isə əsasən orta, kiçik və mikro sahibkarlıq subyektləri üçün nəzərdə tutulur. Sənaye parklarından fərqli olaraq, sənaye məhəllələrində dövlət tərəfindən hazır tikililər (yer) sahibkarların icarəsinə verilir və bu da onlara qısa zamanda fəaliyyətə başlamağa imkan verir.

Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar.

Misal üçün, Sumqayıt Kimya, Qaradağ, Pirallahı, Mingəçevir sənaye parklarında tətbiq edilən güzəştlər nəticəsində rezidentlər təkcə texnika və texnoloji avadanlıqların idxalı zamanı indiyədək 423 milyon manatdan çox ƏDV-dən və gömrük rüsumundan azad olunublar.

Sənaye məhəllələrinin rezidentləri (iştirakçıları) isə mövcud qanunvericiliyə uyğun olaraq, investisiya təşviqi mexanizmindən yararlana bilərlər. İnvestisiya təşviqi sənədinə əsasən sahibkar sənədi aldığı tarixdən etibarən 7 il müddətinə mənfəət və ya gəlir vergisinin 50 %-dən, torpaq və əmlak vergisindən, həmçinin layihə çərçivəsində xaricdən idxal olunan texnika, texnoloji avadanlıq və qurğunun gömrük rüsumu və ƏDV-dən tam azad olunur.

Beləliklə, xarici və yerli iş adamları ölkədə mövcud sənaye zonalarında yaradılmış əlverişli şəraitdən yararlana bilərlər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: Tezliklə Rusiya və Ukrayna arasında irimiqyaslı əsir mübadiləsi həyata keçiriləcək
14:41 23.05.2025
Tramp: Tezliklə Rusiya və Ukrayna arasında irimiqyaslı əsir mübadiləsi həyata keçiriləcək
"Azərbaycanda paylaşıma görə 10-15 min manat alan bloger və influinserlər var"
14:34 23.05.2025
"Azərbaycanda paylaşıma görə 10-15 min manat alan bloger və influinserlər var"
ARB TV-nin canlı yayımında gözlənilməz qonaq - VİDEO
14:17 23.05.2025
ARB TV-nin canlı yayımında gözlənilməz qonaq - VİDEO
Mərdan “qışqıraraq oxuyursan” deyənlərə cavab verdi
14:08 23.05.2025
Mərdan “qışqıraraq oxuyursan” deyənlərə cavab verdi
Hikmət Hacıyev Ağdam dəmiryolu stansiyası ilə bağlı paylaşım etdi
14:08 23.05.2025
Hikmət Hacıyev Ağdam dəmiryolu stansiyası ilə bağlı paylaşım etdi
Baş rol üçün razılığa gəldilər
13:54 23.05.2025
Baş rol üçün razılığa gəldilər
Medianın İnkişafı Agentliyi Audiovizual Şura ilə birgə müsabiqə elan edib
13:41 23.05.2025
Medianın İnkişafı Agentliyi Audiovizual Şura ilə birgə müsabiqə elan edib
Bu icra hakimiyyəti orqanlarının səlahiyyəti ləğv edildi
13:34 23.05.2025
Bu icra hakimiyyəti orqanlarının səlahiyyəti ləğv edildi
Aygün Əliyeva: "Yüzlərlə türk şirkəti eyni zamanda və eyni məkanda bir araya gələcək"
13:31 23.05.2025
Aygün Əliyeva: "Yüzlərlə türk şirkəti eyni zamanda və eyni məkanda bir araya gələcək"
"Məktəblərdə şagirdlərin saç düzümü, geyimi diqqətdə saxlanılmalıdır" - Deputat danışdı
13:28 23.05.2025
"Məktəblərdə şagirdlərin saç düzümü, geyimi diqqətdə saxlanılmalıdır" - Deputat danışdı
Məşhur aktrisa qəzzalı uşağa himayədar olacaq
13:24 23.05.2025
Məşhur aktrisa qəzzalı uşağa himayədar olacaq
Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı AÇIQLAMA
13:23 23.05.2025
Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı AÇIQLAMA
Qazdıqları xəzinə quyusu ölümlərinə səbəb oldu
13:12 23.05.2025
Qazdıqları xəzinə quyusu ölümlərinə səbəb oldu
Dövlət Gömrük Komitəsindən Mehinin şikayəti ilə bağlı açıqlama
13:10 23.05.2025
Dövlət Gömrük Komitəsindən Mehinin şikayəti ilə bağlı açıqlama
TuranBank “Yaşıl ASAN” proqramı çərçivəsində ekoloji layihəni uğurla başa vurub - FOTOLAR
13:06 23.05.2025
TuranBank “Yaşıl ASAN” proqramı çərçivəsində ekoloji layihəni uğurla başa vurub - FOTOLAR
Kibariye Qrammi mükafatlı ispan müğənni ilə yenidən konsert verəcək
13:04 23.05.2025
Kibariye Qrammi mükafatlı ispan müğənni ilə yenidən konsert verəcək