Azərbaycanda hansı sosial müavinətlər və təqaüdlər artırıldı?- AÇIQLAMA

ÖZƏL
10:46 06.01.2023
3138
"Azərbaycan Respublikası Prezidentinin "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncamına əsasən yalnız minimum əmək haqqı və pensiya deyil, həmçinin sosial müavinətlərin və təqaüdlərin də məbləğləri artırılması nəzərdə tutulur. Belə ki, sənədlə Nazirlər Kabinetinə 10 gün müddətində sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini Azərbaycan Prezidentinə təqdim etməsi tapşırılıb”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

 

Deputat qeyd edib ki, bu isə o deməkdir ki, yanvarın 15-dək Nazirlər Kabineti sosial müavinətlər və təqaüdlərin artımı ilə bağlı təkliflərini dövlət başçısına təqdim edəcək. 

O, eyni zamanda bildirib ki, bu isə həm də o deməkdir ki, yaxın zamanlarda sosial müavinətlərin və təqaüdlərin artımı ilə bağlı da sərəncam olacaq.

"Qeyd edək ki, müavinətlərin növləri "Sosial müavinətlər haqqında” Qanunla müəyyənləşir. Qanunun 4-cü maddəsinə əsasən müəyyənləşir. Həmin qanuna görə, aylıq müavinətlər dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, ailə başçısını itirməyə görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət,  3 yaşınadək uşağa qulluğa görə müavinət, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət, 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət, vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına "Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən ödənilən müavinət, beşdən çox uşağı olan qadınlara müavinət, övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinətlər hesab olunur.  Birdəfəlik müavinətlər isə radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət, uşağın anadan olmasına görə müavinət və dəfn üçün müavinətlər sayılır”. 

Millət vəkili qeyd edib ki, yaxın zamanlarda sosial artımlar ilə bağlı yeni sərəncamlar olacaq:

"Sözügedən müavinətlərdən hansının və eləcə də neçə faiz artacağı Nazirlər Kabineti tərəfindən təkliflər hazırlandıqdan sonra bəlli olacaq. Deməli, çox yaxın zamanlarda sosial artımlar ilə bağlı yeni sərəncamlar olacaq”.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir