“Hapoel” – “Neftçi” oyunu canlı yayımda

İDMAN
21:35 30.07.2012
1658

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində avqustun 1-də İsraildə “Hapoel”lə qarşılaşacaq “Neftçi”nin oyunu canlı nümayiş etdiriləcək.

Bu haqda “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, avqustun 1-də, Bakı vaxtı ilə saat 21.30-da başlanacaq görüş AzTV vasitəsilə canlı nümayiş etdiriləcək. Futbol azarkeşləri “Neftçi”nin Bakıdakı təkrar oyununa da bu kanalda baxa biləcəklər.

OXŞAR XƏBƏRLƏR